Ağcəbədi Rayon İcra Hakimiyyətinin tenderi ləğv edilib. xeberde.az xəbər verir ki, Ağcabədi şəhərinin küçə və prospektlərində abadlıq (işıqlandırma) işləri üçün keçirilən tenderin ləğv olunması təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması ilə bağlıdır. Bu tender üzrə satınalma predmetinin 634 969,80 manata başa gələcəyi proqnozlaşdırılırdı.
manset
Fiziki zorakılığa məruz qalan azyaşlı ilə bağlı ekspertiza təyin edildi
Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır. Bu barədə xeberde.az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib. Qeyd olunub ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib: “Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri […]
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X”də bildirib. Səfirin sözlərinə görə, humanitar yardım artıq təhvil verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama əsasən Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının […]
Onlara 4000 manat veriləcək
Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək. xeberde.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. Belə ki, sözügedən məvacib komissiya üzvlərinə Agentliyə təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsinə görə veriləcək. Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək: 1) Mərdan Orxan Şiruyyə […]
3 sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxsə və 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Bu barədə xeberde.az-a tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar avqustun 29-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında qəbul edilib.
Qəhrəman ata – şəhid mayor Emin Süleymanovun adını layiqincə ucaldan övladları Bəhmən və Emilya – Fotolar
Mən, Süleymanzadə Bəhmən Emin oğlu, şəhid mayor Emin Süleymanovun oğluyam. Atam Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunda polis ailəsində anadan olmuşdur. 1983–1992-ci illərdə orta təhsilini rus bölməsində almış, daha sonra 1992–1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirmişdir. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali […]
Bakıda törədilmiş dəhşətli qətlin TƏFƏRRÜATI – İsgəndərin payızda toyu olacaqmış – VİDEO
Bakıda 34 yaşlı kişinin qətli ilə bağlı təfərrüat məlum olub. xeberde.az Xəzər TV-yə istinadən məlumat verir ki, qonşuların sözlərinə görə, əslən Tərtərdən olan İsgəndər Əliyev paytaxtdakı tikinti şirkətlərindən birində iş icraçısı kimi çalışıb. O, payızda toy etməyə hazırlaşırmış. Qonşular bildiriblər ki, hadisə baş verən gecə ev sahibi özü də evdə olub. İsgəndər Əliyev və yoldaşları kirayə […]
“Hər şey yaxşı olacaq” – Hökumənin DOĞUM GÜNÜDÜR
Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür. xeberde.az xatırladır ki, Hökumə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbi ilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. Həmçinin oxu: Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunub, xatirə muzeyi açılıb 1996-cı ildə isə […]
İlham Əliyev Trampın xüsusi elçisi ilə GÖRÜŞDÜ – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub. xeberde.az xəbər verir ki, əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill […]
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb. xeberde.az-ın əldə etdiyi məlumata görə, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib. Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Şöhrət Qazaxəli oğlu Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi […]










