Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb. xeberde.az xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar. Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında […]
manset
DTX əməliyyat keçirdi – Saxlanılan var
Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub. xeberde.az xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən […]
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edildi
Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Dünyada hərbi münaqişələrin artdığı bir dönəmdə insanların təhlükəsizliyi üçün görülən tədbirlər də aktuallığını qoruyur. Belə ki, müharibələr, nüvə sızıntıları, kimyəvi silahların tətbiqi, bir sıra təbii fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bunker və sığınacaqlardan istifadə edilir. Bu kimi bunkerlərdən biri sovet illərində Bakının Qaradağ rayonunda – Ələt qəsəbəsi yaxınlığında inşa edilib. Hazırda baxımsız və […]
Bəylər Eyyubov vəzifəsindən azad edildi – Yerinə təyinat oldu – FOTO
Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb. xeberde.az xəbər verir ki, o, Prezident Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinə Fərid Əsgərov rəis təyin edilib. F.Əsgərov bu təyinatadək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini idi. General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə […]
“Rusiya üçün azərbaycanlıları itirməyin bədəli ağır olacaq” – ŞOK TƏHLİL
“Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri artırır. Dünyasını dəyişən həmvətənlərimizə Allahdan rəhmət diləyirik. Amma bir iqtisadçı kimi əminliklə deyirəm ki, Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz”. xeberde.az bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçının fikrincə, hazırda Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir: “Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin […]
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı –VİDEO
Yekaterinburqda 5 azərbaycanlının qətlə yetirildiyi hadisənin şahidləri REAL TV-yə danışıb. Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılan və sonradan azad edilən azərbaycanlılr Vüqar və Ramil Səfərovlar Real TV-nin Rusiya bürosuna hadisənin tükürpədici təfərrüatları barədə məlumat veriblər. İyunun 27-si gecə saat 5-6 radələrində evlərinə mskalı şəxslərin basqın etdiklərini və onlarla bərabər ailə üzvlərinin hamısının zorakılıq tətbiqilə […]
Yekaterinburq hadisəsinin şahidi: Məni yerə uzadaraq təpiklədilər – VİDEO
Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib. xeberde.az xəbər verir ki, o, açıqlamasında bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar. “Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım […]
Nadir İsrafilov vəfat edib
Tanınmış təhsil eksperti Nadir İsrafilov 73 yaşında vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə “Report”a mərhumun xəstəxanada olan yaxınları məlumat verib. Xatırladaq ki, N.İsrafilov üç gün öncə Avropa Beynəlxalq Hospitalında reanimasiyaya yerləşdirilmişdi. Qeyd edək ki, o, 1952-ci il aprelin 21-də dünyaya gəlib.
Azərbaycanın enerji suverenliyində yeni səhifə
Azərbaycanın energetika tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi, ölkənin iqtisadi və strateji inkişafında mühüm rol oynamaqla yanaşı, həm də milli ruhun, zəfər əzminin infrastrukturda təcəssümüdür. Prezident İlham Əliyevin Mingəçevirdə keçirilən açılış mərasimindəki çıxışı bu hadisənin sadəcə texniki deyil, siyasi, tarixi və mənəvi çalarlarını da ortaya qoydu. 1880 meqavat generasiya […]










