Qəbələ rayonunda onlayn qumar oyunlarında iştirak edən şəxs inzibati məsuliyyətə cəlb olunub. 2000-ci il təvəllüdlü Sərvər Əsədov (ad-soyad şərtidir – red.) Qəbələ rayonu ərazisində olarkən mobil telefon vasitəsi ilə “Pin up” və “Mostbet” qumar saytlarına giriş edib, kart hesabından həmin qumar saytlarına üç dəfəyə – 11.49, 16.49, 16 manat məbləğlərində pul depoziti edib. Bu hərəkətləri […]
manset
20 Yanvardan Müşfiqabada gedənlər DƏRD İÇİNDƏ: 114B niyə axşamlar yoxa çıxır?
Paytaxt sakinlərinin ictimai nəqliyyatla bağlı narazılığı səngimək bilmir. Bu dəfə şikayət ünvanı “20 Yanvar” metrostansiyası ilə Müşfiqabad qəsəbəsi arasında fəaliyyət göstərən 114B saylı marşrut xəttidir. xeberde.az-a müraciət edən sərnişinlər xətt üzrə avtobusların hərəkət intervalının uzun olmasından, axşam saatlarında marşrutun fəaliyyətinin faktiki olaraq dayanmasından və nəqliyyat vasitələrinin vəziyyətindən narazılıq edirlər. Onlar iddia edirlər ki, xəttə kifayət […]
Körpüdən yıxılan müəllim öldü – FOTO
Şəki rayonunda 46 yaşlı müəllim vəfat edib. Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbin coğrafiya müəllimi Məmməd İslamovun bu gün saat 7:30-da Şəkidə “Qoxmuq körpüsü” adlanan yolötürücüsündən yıxılıb. O, çay yatağına düşərək həlak olub. Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, M.İslamov 2020-ci ildə 114 saylı Şəki kənd birinci seçki dairəsindən […]
Ruslar Azərbaycana axışır – səbəb nədir?
Azərbaycana gələn xarici vətəndaşların sayında azalma müşahidə olunsa da, Rusiya vətəndaşları ölkəmizə səfər edənlər arasında liderliyini qoruyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 7 ayında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır. Ölkəyə gələnlərin arasında ən böyük pay […]
Əli Əsədov qərar imzaladı
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşları, eləcə də hərbi rütbəyə görə maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Agentliyin rəhbərliyinə aid olanlar istisna olmaqla, hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yenilənib. Maliyyə Nazirliyinə qərarın […]
Prezident bu qanunu təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Toxumçuluq haqqında” qanunu təsdiqləyib. xeberde.az xəbər verir ki, sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Qanuna toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil […]
Müəllimə atəş açan məktəblinin məhkəməsi qapalı keçirilir – 12 şahiddən 8-i azyaşlıdır
Bakıda “İdrak” liseyində müəllimə silahlı hücumla bağlı rezonans doğuran cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda açıqlanan ittihama görə, şagird müəllimin ona dərsi bilmədiyi üçün irad bildirməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib və həmin gün evdən atasına məxsus ov tüfəngini götürərək məktəbə aparıb. xeberde.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar […]
Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın
Yay istisində kondisionerlərdən istifadə artır, lakin bununla yanaşı elektrik enerjisi xərcləri də yüksəlir. xeberde.az bildirir ki, mütəxəssislər yüksək ödənişlərin səbəbinin hər zaman tariflər olmadığını deyirlər. Çox vaxt problem kondisionerdən düzgün istifadə edilməməsi ilə bağlı olur. Kondisioner niyə çox elektrik sərf edir? Bir çox istifadəçi otağı daha tez sərinlətmək ümidi ilə kondisioneri ən aşağı temperatur rejiminə […]
Azərbaycanın ilk masonu kim olub? – Tarixin gizli səhifəsi açıldı
İki əsrdən çox əvvəl azərbaycanlı diplomat Avropanın ən nüfuzlu gizli təşkilatlarından birinə qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə “Milli Kimlik” tarixi mənbələrə istinadla məlumat yayıb. 1807-ci ildə Finkenşteyn müqaviləsinin imzalanmasından sonra Qacar dövlətinin Fransa sarayına səfir göndərdiyi azərbaycanlı diplomat Əsgər xan Əfşar Parisdə dörd ay qalıb. Həmin müddətdə o, Avropanın ən nüfuzlu gizli […]
Prezident bu qadağanı TƏSDİQLƏDİ
Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib. xeberde.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin icrası ilə əlaqədar bir […]










