Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra yerli və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. […]
manset
İsa Qəmbərin adı casusluq işində – Müsavat Partiyasından REAKSİYA
İstanbul Baş Prokurorluğu tərəfindən “casusluq” ittihamı ilə aparılan istintaq çərçivəsində TELE1 kanalının qurucusu Merdan Yanardağla bağlı yeni iddialar yayılıb. İstintaq materiallarında Azərbaycanla bağlı hissə də yer alıb. Məlumat verən Ü.D.A adlı şəxs bildirib ki, Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu […]
İmamoğlunun casusluq işində İsa Qəmbərin adı hallandı – istintaq sənədlərində Azərbaycanla bağlı hissə ortaya çıxdı
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu barəsində açılan casusluq işi yeni və diqqətçəkən istiqamətlər alır. xeberde.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, İmamoğlunun yaxın çevrəsinə daxil olan və istintaq çərçivəsində dindirildiyi bildirilən şəxslər arasında Azərbaycanla bağlı bəzi faktlar da üzə çıxıb. İstintaq materiallarında yer alan məlumatlara əsasən, dindirilmə zamanı ifadə verən Ü.D.A. adlı […]
“Beniz” ləqəbli məşhur tiktokerə ittiham elan olundu
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibində dəyişiklik edildiyi üçün məhkəmə istintaqı yenilənib. Belə ki, hakim Anar Sadıqovun yerinə tərkibə Hafiz Kamranov daxil olub. Sonra, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha […]
Bakı həbsxanasında İNSİDENT: məhkum özünü deşdi, biz qarnında qaldı
Bakıda həbsxanada insident yaşanıb. Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 32 yaşlı məhkum Ömər Səfərov (ad və soyad şərtidir) kəsici alətlə (biz) qarnına xəsarət yetirib. Nəticədə biz onun qarnında qalıb və Xidmətin Müalicə Müəssisəsində cərrahi müdaxilə ilə çıxarılıb. Bu əməlinə görə Ömər Səfərov barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (həbsxanada və ya istintaq təcridxanasında məhkumu […]
Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq?
“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun […]
Azərbaycanda 1 yaşlı uşaq faciəvi şəkildə öldü
Cəlilabadda 1 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. xeberde.az xəbər verir ki, oktyabrın 26-da saat 10 radələrində 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli Xəlilabad kəndindəki evdə elektrik cərəyanının təsirinə məruz qalaraq həyatını itirib. Faktla bağlı araşdırmalar davam edir.
Bakıda keçiriləcək Hərbi parada hazırlıqdan GÖRÜNTÜLƏR
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. xeberde.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, parada hazırlıqla bağlı Silahlı Qüvvələrin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Artıq sosial şəbəkələrdə hərbi parada hazırlığı əks etdirən görüntülər də yayılıb. Kadrlarda qırıcılarımızın təlim keçirdiyi […]
Deputat Elman Nəsirov barəsində yayılanlara cavab: Hədəfdəyəm
Dövlətçiliyimizə qənim kəsilmiş radikal müxalifət və müəyyən maraqlı dairələr məni susdurmaq üçün çeşid-çeşid üsullara əl atır. Bunu xeberde.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov barəsində sosial mediada gedən yazılara aydınlıq gətirərkən deyib. “Bu qüvvələr məni hədəf alaraq ən müxtəlif iftiralar uydurur və ya yenilərini “icad” edir. İndi də “qız”ımı tapıblar. Onu danışdırırlar. Siz nə qədər miskinsiniz. Ancaq […]
Bəylər Eyyubovla bağlı rəsmi saytda dəyişiklik – Foto
Bir müddət əvvəl Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunması barədə xəbərlər yayılsa da, bu, rəsmi təsdiqlənməmişdi. xeberde.az adən xəbər verir ki, artıq Bəylər Eyyubovun Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunması barədə məlumat president.az saytında yer alıb.










