İqtisadiyyat manset

Baş nazir Əli Əsədov qərar imzaladı

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” təsdiq edilib. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Tələblərə əsasənistilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, […]

İqtisadiyyat manset

Veysəloğlu Şirkətlər Qrupu “Diamond” statuslu üzvlüklə təltif olundu

Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə “#bizislahatlarahazırıq” şüarı altında Milli Biznesin İnkişafı Forumunun XIV xüsusi sessiyası keçirilib. Aprelin 8-də Dövlət Gömrük Komitəsinin inzibati binasında baş tutan tədbirdə müxtəlif sahələri təmsil edən şirkət rəhbərləri, biznes nümayəndələri və İdarə Heyətinin üzvləri iştirak ediblər. Sessiyanın əsas məqsədi biznes […]

Cəmiyyət Gündəm manset Sosial

Nigar Rüfət qanunsuz fəaliyyət göstərirmiş– Görün nələr edib

Səhiyyə sistemində nəzarətin necə həyata keçirildiyi ilə bağlı ciddi suallar doğuran daha bir fakt gündəmdədir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi fevral ayında “Laser Beauty Clinic”də yoxlama apararaq Nigar Rüfət adlı şəxsin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi fəaliyyət göstərdiyini açıqlayıb.  Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin şəxsin fəaliyyətinin niyə dayanıb-dayanmadığı barədə konkret məlumat verilmir. […]

Cəmiyyət Gündəm İqtisadiyyat manset

“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir

2025-ci ilin yekunlarına əsasən, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” supermarket şəbəkələri Azərbaycanın pərakəndə sektorunda vergi ödənişləri üzrə lider mövqelərini bir daha təsdiqləyiblər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya görə, “Araz” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşıb. Eyni zamanda, “OBA” marketlər şəbəkəsi 25,9 […]

İqtisadiyyat manset

Artım dalğası səngidi: qızıl ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xeberde.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,76% azalaraq 4 741 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,73% ucuzlaşaraq 74,082 ABŞ […]

AKTUAL Cəmiyyət Gündəm manset

Azərbaycanda kimlər qabağa çəkilir, kimlərə vəzifə verilir… – SİYAHI

Azərbaycanda kimlərin qabağa çəkilməsi və kimlərə vəzifə verilməsi son illərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu marağın artmasının əsas səbəbi ölkədə aparılan kadr islahatlarının artıq epizodik yox, sistemli və mərhələli xarakter almasıdır. Hər mərhələ yeni bir tendensiyanı ortaya qoyur. Dəyişiklik cəmiyyətə yeni mesaj verir. Bu mesajların əsas xətti isə yenilənmədir. İllərlə formalaşmış məmur eşalonu […]

Gündəm manset

Prezident Milli Aviasiya Akademiyasında açılışda – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. xeberde.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma […]

Kriminal manset

Ülviyyə İlyasova həbs olundu

Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən həkim – “AzE Estetik Mərkəz”in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib. xeberde.az-ın məlumatına görə, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Ülviyyə İlyasova […]

Gündəm manset Siyasət

İlham Əliyev Gürcüstanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri edib. xeberde.az xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

İqtisadiyyat manset

“Qara qızıl”ın qızıl dövrü: Azərbaycan neftinin qiyməti rekord həddə çatır

Yaxın Şərqdə alovlanan müharibə və Hörmüz boğazındakı gərginlik qlobal enerji bazarlarını silkələməkdə davam edir; bu vəziyyətdən ən çox qazanan isə Azərbaycanın strateji xammalı olub. xeberde.az xəbər verir ki, bu gün — 3 aprel 2026-cı il tarixində dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 10,89 dollar və ya 8,33% artaraq 141,68 dollara yüksəlib. Bu […]