Dünya Kriminal

DƏHŞƏT: Ata oğlunu baltaladı, gəlini və nəvəsini yaraladı

Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda ailə daxilində baş verən mübahisə faciə ilə nəticələnib.

Hadisə Mehmeli qəsəbəsində qeydə alınıb.

Belə ki, 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisənin şiddətlənməsindən sonra Fevzi Topbaş əlindəki balta ilə oğluna hücum edib. Hadisə zamanı Aydın Topbaş ağır xəsarətlər alaraq həyatını itirib.

Ata daha sonra gəlini, 37 yaşlı Mehtap Topbaşa və 14 yaşlı nəvəsi Ayşə Topbaşa da hücum edib. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Tibbi müdaxiləyə baxmayaraq, Aydın Topbaşın öldüyü müəyyən edilib.

Yaralı Mehtap və Ayşə Topbaş Kadirli Dövlət Xəstəxanasına çatdırılaraq müalicəyə alınıblar.

Hadisədən sonra Fevzi Topbaş jandarma əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma və istintaq tədbirləri davam etdirilir./NOCOMMENT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir