Kriminal

Bakıda soyğunçuluq edən şəxs saxlanıdı

Bakının Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir