İqtisadiyyat manset

Günəbaxan yağı BAHALAŞIR – Qiymətlər REKORD VURDU

2025-ci ilin mart ayında günəbaxan yağının Avropa bazarında 1 tonunun qiyməti əvvəlki ayla müqayisədə 0.7% artaraq 1220 ABŞ dollarından 1228 ABŞ dollarına yüksəlib. Bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin dərc etdiyi yeni konyunktur hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, son bir il ərzində günəbaxan yağı bazarında qiymət dinamikası qeyri-müəyyən olub. 2024-cü ilin mart ayında 951 ABŞ […]

İqtisadiyyat manset

Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material

Betonun ətraf mühitə vurduğu zərər uzun müddətdir müzakirə mövzusudur. Lakin dənizdən gələn yeni bir həll bu məsələyə ümid vəd edir.  xeberde.az xəbər verir ki, Nortvestern Universitetinin tədqiqatçıları dəniz suyu və karbon qazını elektrokimyəvi proseslə işləyərək, karbon emissiyası yaratmaq əvəzinə onu udan yeni bir tikinti materialı hazırlayıblar. Tikinti sahəsində mövcud stereotipləri dəyişə biləcək bu inqilabi maddə […]

Cəmiyyət İqtisadiyyat

Bu bank verdiyi kreditlərin əksəriyyətini geri ala bilmir

“Bank Avrasiya” ASC-nin  müştərilərə verdiyi kreditlərin 33,5 faizinin ödənilməsində gecikmələr var. xeberde.az bankın 2025-ci ilin birinci rübü üzrə maliyyə hesabatına əsasən məlumat verir ki,  gecikmiş kreditlərin ümumi məbləği 36 milyon 746 min manata çatıb. Bankın ümumi kredit portfeli 109 milyon 581 min manatdır. Bu məbləğin 66,5 faizi və ya 72 milyon 835 min manatı 1–30 gün […]

İqtisadiyyat manset Ölkə

Banklar POS-terminallara görə ildə bu qədər qazanır-MƏBLƏĞ  

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də marağın yüksəlməsi də müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir. Bununla yanaşı, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir. POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün […]

Cəmiyyət İqtisadiyyat

Himalay Məmişov nazir müavini TƏYİN EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.  Daha bir Sərəncamla H.Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Bölgə İqtisadiyyat manset

Prezident bu yolun tikintisinə pul ayırdı

Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

İqtisadiyyat Ölkə Sosial

Əlillər üçün yeni güzəştlər

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün: – əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək; – satışın həyata keçirilməsi […]

Bölgə İqtisadiyyat Ölkə Region

1880 əcnəbiyə Qarabağda işləmək icazəsi verilib

2024-cü ildə Azərbaycanda neçə nəfərə müvəqqəti və daimi yaşamaq, işləmək üçün icazə verilib?  Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. xeberde.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumata görə, 2024-cü […]

İqtisadiyyat Ölkə

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ… – Banklardan gözlənilməz ADDIM

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar- fevral ayında ölkə bankları 179.4 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır. Bankların əməliyyat mənfəəti isə bu ilin ilk iki ayında 275.2 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır. Qeyd edək ki, […]

İqtisadiyyat

Rövşən Nəcəfə yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə yeni vəzifə verilib. xeberde.az-ın məlumatına görə, o, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasına rəhbərlik edəcək. Rövşən Nəcəf 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. O, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir. Qeyd edək ki, Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1999-cu il […]