Meyvə bazarında bolluq var, qymətlər isə əl yandırır. xeberde.az xəbər verir ki, əriyin kiloqramı 2-3 manat, gilasın kilosu 10-15 manatdır. Məhsulun görünüşü yaxşı olduqda isə qiyməti daha da yüksəlir. Satıcılar da qiymətlərin baha olduğunu etiraf edirlər. Məhsul İrandan gəlir, qutardıqca daha da bahalaşır. Alıcılar bu il bazarda qiymətlərin daha baha olduğunu bildirirlər. Elə bu səbəbdən […]
İqtisadiyyat
Aİ Ukraynanın 2026-cı il büdcəsi üçün 19 milyard dollar axtarır
Brüssel Ukraynaya ABŞ-dan yardımın azalması və Rusiya ilə atəşkəsin gözlənilən yaxın perspektivdə baş tutmaması fonunda 2026-cı il büdcəsində yarana biləcək 19 milyard dollarlıq potensial kəsiri aradan qaldırmaq üçün təcili mexanizmlər hazırlayır. xeberde.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Məqaləyə görə, Avropa Komissiyası hazırda Aİ ölkələri ilə bu məsələnin həlli […]
Azərbaycanda spirtli içkilərin istehsalı sürətlə artır
Məhərrəmlik ayının başlaması ilə Azərbaycanda adətə uyğun olaraq toylar, şənliklər və digər əyləncə tədbirləri təxirə salınıb. Belə şəraitdə diqqət çəkən başqa bir məqam isə spirtli içkilərin istehsalı və istehlakında yaranan dinamikanın hansı istiqamətdə inkişaf etməsi ilə əlaqəlidir. Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xeberde.az-a açıqlamasında Azərbaycanda spirtli içkilərin istehsalı və istehlakı ilə […]
Bakıda torpaqlar sürətlə bahalaşır
Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam edir. Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatda bu barədə məlumat verilib. Hesabata əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə paytaxtda torpaq sahələrinin orta qiyməti 14 faiz artıb. Bu isə 2022-ci ildən bəri müşahidə olunan ümumi 44 faiz bahalaşma tendensiyasının tərkib […]
Regionda alovlanan münaqişələrin yan təsiri – Azərbaycana gələn turistlər azalıb
İstənilən münaqişənin iqtisadi təsiri turizm sektorunda hiss olunur. Münaqişələr birbaşa baş verdiyi bölgənin turistlər üçün cəlbediciliyini aşağı salır, ziyarətçilərin sayının azalmasına, bəzi hallarda isə tamamilə sıfırlanmasına gətirib çıxarır. İran-İsrail müharibəsi də ölkəmizin turizm sektoruna təsirsiz ötüşməyib. Nəzərə alsaq ki, Azərbaycana gələn turistlər ən çox İran, İsrail və Körfəz ölkələrindəndir, onda mənzərəni təsəvvür eləmək çətin deyil. […]
Azərbaycanın enerji suverenliyində yeni səhifə
Azərbaycanın energetika tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi, ölkənin iqtisadi və strateji inkişafında mühüm rol oynamaqla yanaşı, həm də milli ruhun, zəfər əzminin infrastrukturda təcəssümüdür. Prezident İlham Əliyevin Mingəçevirdə keçirilən açılış mərasimindəki çıxışı bu hadisənin sadəcə texniki deyil, siyasi, tarixi və mənəvi çalarlarını da ortaya qoydu. 1880 meqavat generasiya […]
Braziliyadan dünya bazarına qəhvə tədarükü kəskin şəkildə azaldı
2025-ci il may ayının yekunlarına görə Braziliyadan dünya bazarına qəhvə dənələrinin tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə üçdə bir azalıb. xeberde.az xəbər verir ki, bu barədə Latın Amerika ölkəsinin Qəhvə İxracatçıları Şurasının (Cecafe) saytında bildirilib. Yazın son ayında yerli plantasiya sahibləri ixrac üçün cəmi 2,963 milyon ədəd 60 kq-lıq kisə göndərə biliblər. […]
Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin rekord göstəricisi
Dünya üzrə şirkət iflaslarında ciddi artım müşahidə olunur. “Dun & Bradstreet”in yaydığı “2024 Qlobal İflas Raporu”na görə ötən il 47 ölkənin 65 faizində şirkət iflasları artıb. xeberde.az xəbər verir ki, bu, son 12 ilin ən yüksək göstəricisidir. Şirkətlərin bağlanmasının əsas səbəbləri pandemiya sonrası dövlət dəstəklərinin sona çatması, faiz dərəcələrinin artması, zəif qlobal iqtisadi artım, azalan istehlakçı […]
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir?
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi – Qızıl bazarında vəziyyət necədir? Məhərrəm ayının başlamasına az qalmış qızıl bazarında durğunluq başlayıb. xeberde.az bildirir ki, satıcılar deyirlər ki, hər il məhərrəm ayında toy şənlikləri azalır. Bu il də eyni vəziyyət yaşanacağından qızıl bazarına təsirsiz ötüşməyib. Buna baxmayaraq, son bir neçə gündə əyarından asılı olmayaraq […]
“8 Noyabr” ölkəmizin ən böyük elektrik stansiyasıdır
“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. xeberde.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib. Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu […]










