Region Liqasında çıxış edən “Sabirabad” komandasının baş məşqçisi Şirxan Əkbərov və futbolçusu Beyrək Beybutlu 8 oyunluq cəza alıb. xeberde.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Ş.Əkbərov “Olimpik”lə (Sabirabad) qarşılaşmada meydana daxil olaraq hakimə fiziki təzyiq etdiyi üçün bu cəza ilə üzləşib. B.Beybutlu isə 83-cü dəqiqədə perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı […]
İdman
Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü
Misli Premyer Liqasının XX turunun “İmişli” ilə oyununda “Qarabağ”ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Belə ki, 23 yaşlı hücumçu çempionatda 40-cı dəfə fərqlənib. Azərbaycan millisinin üzvü buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına […]
“Sabah” səfərdə “Qəbələ”ni məğlub etdi
Misli Premyer Liqasının XX turunda lider “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib. “xeberde.az” xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar. “Bayquşlar”ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib. Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan “Qəbələ” isə 10-cu sırada qərarlaşıb. Qeyd edək ki, turun əvvəlki […]
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib. Bu barədə xeberde.az-a AGF-dən məlumat verilib. Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib. Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, […]
Qurban Qurbanov qəzəbləndi – Sanki xokkey meydançası idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirb. xeberde.az xəbər verir ki, o, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını bildirib: “Meydança yox kimi idi. Sanki xokkey meydançası idi. Bu sürüşür, o sürüşür, ötürmə verə bilmirlər. Belə meydançada necə futbol oynamağa […]
Millimiz 1 milyon avrodan çox gəlir əldə etdi
UEFA Millətlər Liqası çərçivəsində 2024/2025-ci illər mövsümü üzrə milli assosiasiyalara ayrılan vəsait açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun tərtib etdiyi maliyyə hesabatında öz əksini tapıb. Hesabata əsasən, Azərbaycan yığması turnirdə iştiraka görə 1 milyon 125 min avro gəlir əldə edib.
“Sabah” iki futbolçusu ilə yolları ayırdı
“Sabah” iki futbolçusu ilə yolları ayırıb. xeberde.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın lideri qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla vidalaşıb.
“Sabah”ın baş məşqçisi: “Ölkədə təkcə “Qarabağ” yox, başqa komandalar da var”
“Mən buraya gəlmişəm ki, “Sabah” haqda suallara cavab verim. Nəyə görə daim “Qarabağ” haqda suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm”. xeberde.az xəbər verir ki, bu sözləri “Sabah”- “Araz-Naxçıvan” matçından sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas “Neftçi” – “Qarabağ” matçının təxirə salınması ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib. “Qarabağ” haqda […]
“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı
Bu gün “Neftçi” və “Qarabağ” komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib. xeberde.az xəbər verir ki, “Neftçi”nin 2:0 qələbəsi ilə başa çatan matça “Qarabağ”ın azarkeşləri buraxılmayıb. Onların matça buraxılmamasının səbəbi bəlli deyil. Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də “Neftçi” tərəfi […]
Çempionlar Liqasında 7-ci tur – Bugünkü OYUNLAR
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tura start veriləcək. xeberde.az xəbər verir ki, ilk oyun günün 9 matç keçiriləcək. Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” meydana sabah çıxacaq. Komandamız Bakıda “Ayntraxt”ı (Almaniya) qəbul edəcək. Görüş saat 21:45-də başlayacaq. Çempionlar Liqasının bugünkü oyunlarından bir neçəsi Azərbaycanın İctimai TV və “CBC Sport” kanallarında canlı yayımlanacaq. 20 yanvar UEFA […]










