İdman

Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı

Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Cem Akpınar müəyyən müddətə futboldan uzaqlaşdırıblar. xeberde.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər. Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər. Qeyd edək ki, Azərbaycanın əsas millisinin […]

İdman

“Real” stadionunun adını və loqosunu DƏYİŞDİ – FOTO

Madrid təmsilçisi “Real Madrid” ev stadionunun yeni adını və loqotipini ictimaiyyətə təqdim edib. Stadion bundan sonra sadəcə “Bernabeu” adlanacaq. Yeni loqotipdə şaquli lentlə kəsişən dörd paralel xəttdən ibarət stadion silueti əks olunub. Klub rəhbərliyi ad dəyişikliyinin korporativ və marketinq məqsədləri daşıdığını bildirib.

İdman

AFFA beş klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. İiclasda Misli Premyer Liqasının 8-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu “Kəpəz”lə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Bundan başqa, hər iki komandanın […]

Hadisə İdman

Mikelsin durumuna aydınlıq gəldi- Qabırğası əzilibmiş

“Karvan-Yevlax”la oyunda zədə alan “Sabah”ın futbolçusu Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.

İdman

Bu gün MDB Oyunlarında 11 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının 9-cu günündə 11 idman növü üzrə yarışlar keçiriləcək. xeberde.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal görüşləri olacaq. Azərbaycan millisi finala vəsiqə uğrunda oyunda Qazaxıstanla qarşılaşacaq.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin. Qəbələ şəhər stadionunda isə Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması final matçına çıxacaq. Rəqib Rusiyanın müvafiq […]

Dünya İdman

FİFA da İsraillə bağlı yekun qərarı açıqladı

UEFA-nın ardınca FİFA da İsraillə bağlı qərar qəbul etdi. xeberde.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılmayacağını açıqlayıb. O, qurumun siyasi problemləri həll etmək səlahiyyətində olmadığını, amma futbol vasitəsilə sülh və birliyi təşviq etməli olduğunu vurğulayıb.Qərar 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra FİFA və UEFA-nın Rusiya millisinin və klublarının bütün yarışlardan […]

Gündəm İdman manset

İlham Əliyevdən MDB oyunları ilə bağlı PAYLAŞIM

Azərbaycanın Prezidenti İlham Əliyev sosial media hesablarında III MDB Oyunlarının açılış mərasimindən paylaşım edib. xeberde.az xəbər verir ki, paylaşımda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşündən fotolar yer alıb. Paylaşımı təqdim edirik:

İdman

İdmançımız Avropada qızıl medal qazandı

Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kubokunda Azərbaycan təmsilçisi Ruslan Lunev uğurlu çıxış edib. xeberde.az xəbər verir ki, o, 25 metr məsafəyə atəş üzrə yarışda birinci olub. Lunev ardıcıl və dəqiq atışlarla 574 xalla(14x) rəqiblərini qabaqlayıb.

Bölgə Gündəm İdman manset

III MDB Oyunlarının açılış mərasimi: Prezident və xanımı iştirak etdilər – VİDEO

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. xeberde.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər. Əvvəlcə Azərbaycan […]