Dünya Hadisə

Qəbiristanlıqda ŞOK OLAY: Cəsədi məzardan çıxardılar

Türkiyənin Muş vilayətinin Varto rayonunda baş verən hadisə böyük rezonans doğurub.

xeberde.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərhumun yaxınları dəfn zamanı məzarın içərisinin su ilə dolu olmasına baxmayaraq, basdırılmanın həyata keçirildiyini iddia ediblər.

Ailə üzvlərinin sözlərinə görə, məzardakı su yaxınlıqdakı boş qəbirdən sızıb. Onlar dəfnin lazımi şərait yaradılmadan aparıldığını bildirərək bələdiyyə qurumlarına etiraz ediblər.

Hadisədən narazı qalan yaxınlar sonradan qəbri yenidən açaraq mərhumun cəsədini çıxarıblar. Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

İddialara görə, ailə dəfn prosesində ciddi səhlənkarlığa yol verildiyini düşünür. Hadisə ilə bağlı yerli qurumların araşdırma aparacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir