Cəmiyyət Hadisə

Bakıda iki qız itkin düşdü -FOTO

Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüb. Bu barədə xeberde.az-a onların valideynləri məlumat verib. Belə ki, 16 aprel axşam saat 20:00 radələrində sözügedən 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı – bibi qızı olublar. Qeyd edək […]

Hadisə

Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub. xeberde.az-ın məlumatına görə, hadisə tekstil fabrikində baş verib. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. TƏBİB-dən bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida […]

Bölgə Hadisə

Salyanda faciə: Sahibi avtomobilinin altında qalıb öldü

Salyanda qəzaya uğrayan  avtomobili  qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb. xeberde.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.Belə ki, “KİA” markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzəağa oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb. Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq […]

Hadisə

Bakıda məşhur restoranda kütləvi ZƏHƏRLƏNMƏ

Bakıda toyda kütləvi zəhərlənmə baş verib. xeberde.az xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən “Venesiya” şadlıq sarayında qeydə alınıb. Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırıdır. Zəhərlənənlər arasında qonaqlarla yanaşı toyda oxuyan müğənnilərin də olduğu bildirilir. İlkin […]

Bölgə Hadisə

Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü – FOTO

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az manset.az-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində olub. İlkin məlumata görə, “Mercedes” və “Azsamand” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Əldə etdiyimiz məlumata əsasən, qəzaya düşən avtomobillərin birində  “Turan Bank”ın əməkdaşları da olub. Faktla bağlı araşdırma aparılır.

Hadisə

“Mobi Home” mağazasında dava- Döyülən satıcı 2 min tələb edib  

Nəsimi rayonu, 28 may küçəsində yerləşən “Mobi Home” mağazasında satıcı ilə müştəri arasında dava olub. Burnundan yumruq zərbəsi alan satıcı barışıq üçün 2 min manat tələb edib. xeberde.az xəbər verir ki, davaya səbəb müştəri ilə satıcı arasında mobil telefon alış-verişinə görə mübahisə yaranıb. Mübahisə zamanı müştəri Allahverən satıcı Elşəni mağazadan çıxararaq onun burun nahiyəsindən yumruqla bir […]

Hadisə Region

Müdir yağış sularını təmizləmək istəyərkən öldü

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub. xeberde.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını […]

Hadisə

Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Bakının Səbail rayonunda məktəbin həyətində ata iki uşağını dərsə aparan zaman naməlum şəxslərin hücumuna məruz qalıb. xeberde.az xəbər verir ki, jurnalist Pərvin Abışovanın bildirdiyinə görə, hadisə Səbail rayonunda yerləşən 49 saylı orta məktəbin həyətində baş verib. Biri oğlan, biri qız olmaqla iki uşağını məktəbə aparan kişi hücuma məruz qalıb. Maşından düşən beş nəfər kişiyə hücum […]

Bölgə Hadisə

Biləsuvarda mağazadan 270 ədəd saxtalaşdırılmış alkoqollu içki aşkarlanıb

Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb. xeberde.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb. Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma […]