Şabran rayonunun bir neçə kəndi sel suları altında qalıb. xeberde.az-ın məlumatına görə, buna səbəb kəndlərin ərazisindən keçən Şabrançayın daşması olub. Sel nəticəsində rayonun Bor-bor və Padar kəndlərini su basıb. Hazırda həmin kəndlərdə əhalinin xilas edilməsi istiqamətində işlər görülür. Əraziyə texnikalar cəlb olunub.
Hadisə
Ağsuda faciə: ekskavatora sığınanları sel apardı – ÖLƏN VAR
Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb. xeberde.az xəbər verir ki, ilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən […]
Sabunçu tunelini su basdı – VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir. Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub. Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə […]
SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ baş verdi
Bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. xeberde.az xəbər verir ki, Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) tərəfindən yayılan rəsmi məlumata görə, yerli vaxtla saat 06:04-də baş verən yeraltı təkanların episentri Nurhak rayonunda yerləşib. Zəlzələnin gücü 4,1 bal olaraq ölçülüb və yerin 6,98 kilometr dərinliyində baş verdiyi müəyyən edilib. Yeraltı […]
Güclü külək Bakıda 55 ağacı sındırıb – RƏSMİ
Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xeberde.az-a bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb. Birliyinin əməkdaşları tərəfindən qırılan […]
Bakıda ticarət mərkəzi yandı
Buzovnada ticarət mərkəzi yanıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində […]
4 nəfər dönərdən zəhərləndi
Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. xeberde.az xəbər verir ki, həmin şəxslər 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva və azyaşlı oğlandır. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Qadın hərbçinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.
Azərbaycan Ordusunun hərbçisi avtoqəzada həlak olub
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.
Astarada 3-cü sinif şagirdi itkin düşdü
Astarada 3-cü sinif şagirdi itkin düşüb. xeberde.az məlumat verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir. Faktla bağlı polisə məlumat verilib.










