Hadisə

Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər fonunda Azərbaycanın tutduğu prinsipial mövqeni və formalaşdırdığı uğurlu strateji xətti bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri həm qlobal siyasi reallıqların düzgün təhlili, həm də milli maraqlara əsaslanan praqmatik siyasətin […]

Dünya Hadisə

Türkiyədə qar uçqunu – Ölən var

Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib. xeberde.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə alınıb. Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında qalıb. Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. M. Yiğitin cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Hadisə

Tanınmış jurnalistə ağır itki

Bakupress Milli İnformasiya Agentliyinin rəhbəri jurnalist Şəfəq Ağacana ağır itki baş vermişdir. Jurnalistin bibisioğlu Ağabalayev Alı Füzuli oğlu 48 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.Mərhum Ali təhsilli neft mühəndisi idi.Socarda çalışırmış.Ailəli imiş,3 övladı atası idi. Kollektiv adından Şəfəq xanıma və ailəsinə dərin hüznlə başsağlığı verir,yaxınlarına səbr diləyirik! Allah rəhmət eləsin! Xeberde.az

Hadisə

20 Yanvar faciəsi – öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər…

Bir gün, bir gecə və bir xalq düşünün… O gecə xalq öz azadlığı üçün meydanlara, küçələrə çıxsın. Azadlığını, müqstəqilliyini tələb edib, iradəsini, qorxmazlığını göstərsin. Əliyalın şəkildə gözünü qan tutmuş silahlı düşmənin, yağış kimi yağan güllələrin, nərilti ilə gələn tankların üzərinə getsin. Bu yolda – azadlıq yolunda bir fədaisi namərd gülləsindən şəhid olsun, amma onun ardınca […]

Hadisə Kriminal

Qoca Səmədovun oğlu həbs edildi – TƏFƏRRÜAT

Yevlaxda tanışını güllələyən sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov barəsində həbs qərarı çıxarılıb. Polisin təqdimatı əsasında Zaur Səmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə it döyüşü üstündə olmayıb. Məlumata görə, Zaur Səmədovun tanışı Qoşqar Novruzovun heyvanı onun torpaq sahəsinə daxil olub. Bu zaman Zaur Səmədovun iti […]

Hadisə

Pilləkəndən yıxılan fəhlə öldü

Bakıda fəhlə pilləkəndən yıxılaraq ölüb. xeberde.az xəbər verir ki, yanvarın 7-si Buzovna qəsəbəsinin ərazisində tikintidə fəhlə işləyən qəsəbə sakini, 1965-ci il təvəllüdlü Asif Ağasi oğlu Babayev pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş A.Babayev yanvarın 18-i orada ölüb. Araşdırmalar aparılır.

Hadisə

Xətaidə ev çökdü: Sakinlər məcburi köçürüldü

Xətai rayonu ərazisində, Rəşid Bağırov küçəsi 36 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evində təhlükəli vəziyyət yaranıb. xeberde.az xəbər verir ki, evin döşəməsinin çökməsi nəticəsində sakinlər yaşayış yerini tərk etmək məcburiyyətində qalıblar. Ev sahibinin bildirdiyinə görə, hələ 2016-cı ildə qonşu tikilidə baş vermiş su borusu partlayışından sızan sular uzun müddət evin zirzəmisinə dolaraq binanın əsasını […]

Bölgə Hadisə

Sabiq icra başçısının oğlu tanışını güllələdi

Yevlaxda silahlı insident baş verib. xeberde.az-ın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir. Xatırladaq ki, Yevlaxın […]

Hadisə

Çobanlar yarım milyonluq heyvanları necə oğurladı? – Detalları AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Azərbaycanda çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını sahibkardan xəbərsiz satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib. Fermanın sahiblərindan Firdovsi Baxışov hadisənin detalları barədə “Xəzərxəbər”ə danışıb. F. Baxışov deyib ki, 2 il əvvəl Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri […]