Rusiyada bir neçə bölgədə baş verən güclü qasırğa azı iki uşağın xəsarət almasına səbəb olub. xeberde.az xəbər verir ki, bu barədə “SHOT” məlumat yayıb. Bildirilir ki, Moskva vilayətində yerləşən Klin rayonunun “SNT Center” bağ sahələri ərazisində ağac avtomobilin üzərinə aşıb. Hadisə zamanı “Chevrolet Tahoe” markalı avtomobildə 12 yaşlı məktəbli qız valideynləri ilə birlikdə olub. Ağacın avtomobilə […]
Hadisə
Əsgər yanına gedən ailənin yaşadığı faciə- 3 nəfərin öldüyü hadisənin səbəbi bu imiş
Göygöldə üç nəfərin ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. Dəhşətli qəzanın baş vermə səbəbi məlum olub. Sürücünün siqaret yandırmaq üçün etdiyi ani diqqətsizlik faciə ilə nəticələnib. xeberde.az xəbər verir ki, qəza hadisəsi 2024-cü ilin avqust ayında Göygöl rayonu ərazisində baş verib. Şəmkir rayon sakinləri Hadrutdan əsgər ziyarətindən qayıdan zaman qəzaya düşüblər. Qəza zamanı maşında […]
Deputat müharibə veteranına azadlıqda ölmək haqqı istədi, vermədilər – MƏHBUS HƏBSDƏ ÖLDÜ
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin son iclasında sarsıdıcı bir faktı açıqladı. xeberde.az xəbər verir ki, deputat onun köməkçisi Niyaməddin Orduxanlının qardaşı, Birinci Qarabağ müharibəsi iştirakçısı, 3 uşaq atasının, 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi halda həbsxanada can verdiyini deyib. Deputatın sözlərindən bəlli olub ki, Orduxanlının qardaşına […]
Özünü Türkiyədən gələn vəkil kimi təqdim edib, türkcə danışıb – Azərbaycanda ŞOK dələduzluq işi
Ağcabədidə özlərini jurnalist və vəkil kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən sevgililər cinayət məsuliyyətinə cəlb edilib. Məlum olub ki, təqsirləndirilən xanım Türkiyə türkcəsi ilə danışaraq özünü qonşu ölkədən gəlmiş vəkil kimi təqdim edirmiş. xeberde.az xəbər verir ki, təqsirləndirilən şəxslər 34 yaşlı Mahirə B. və 33 yaşlı Elvin Məhərrəmovdur. Onların arasında sevgi münasibəti olub […]
Azərbaycanlı tələbə Almaniyada ölü TAPILDI: həkim köməkçisi işləyirdi
Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb. Birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb. Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov APA-ya açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb. O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, […]
Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var
Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 […]
Güclü külək Bakıda iki ağacı aşırıb
Ötən gündən Bakıda başlayan güclü külək səbəbindən ağacların aşması ilə bağlı 7 müraciət daxil olub. xeberde.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən ikisi ağac aşma, beşi isə budaq qırılması hadisəsi ilə bağlı olub. Birliyin əməkdaşları aşmış ağacları və qırılmış budaqları hadisə yerindən götürərək ərazini təmizləyiblər.
Təbiətə 81 min manatlıq ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu barədə xeberde.az-a xidmətdən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti […]
“Sputnik-Azərbaycan” işinə görə beş nəfər polis nəzarətinə verilib
“Sputnik-Azərbaycan” işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. xeberde.az-ın əldə etdiyi məlumata görə, onlar Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb, daha sonra sərbəst buraxılıblar. Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini […]
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
Bakıda xəstəxanada faciəli hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində qeydə alınıb. Orada müalicə alan, 1994-cü il təvəllüdlü Nuhbala Arazov xəstəxananın 3-cü mərtəbəsindən yıxılaraq ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.










