O, Azərbaycanda kiçikdən böyüyə hər kəsin qəhrəmanıdır. General-mayor, Milli Qəhrəman Polad Həşimov… Qarabağ müharibəsi dövründə döyüş şəraitində şəhid olan ilk general… Öz əməlləri və xarakterilə əsgərlərin könlündə taxt quran komandir… Polad Həşimovun əsgəri olmuş hər kəsin onunla bağlı heç vaxt unudulmayacaq ən azı bir xatirəsi var. O, Vətəninə, millətinə, torpağına, bayrağına bağlı əsl hərbçi, qeyri-adi […]
Hadisə
Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO
Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə onun həmkarı, sabiq rabitə naziri Sirus Abasbəyli bildirib. Ş.Musayev 82 yaşında dnyasını dəyişib. O, 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub. Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir. Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri […]
Cütlüyü bal ayında ildırım vurdu – gəlin öldü – FOTO
Hondurasda bal ayını keçirən yeni evli cütlüyü ildırım vurub. Hadisə nəticəsində gəlin həyatını itirib. xeberde.az xəbər verir ki, faciə iyulun 5-də Omoa bölgəsində yerləşən sahildə baş verib. 23 yaşlı Stephany Lucero Elvir və 36 yaşlı əri Cristhian Samir Álvarez Molina dəniz kənarında foto çəkdirmək istəyərkən qəfil ildırım düşüb. Gəlin hadisə yerində huşunu itirib və dərhal […]
Moskva bazarında azərbaycanlılar saxlanılıb
Rusiyada polislərin xüsusi təyinatlı dəstəsi (OMON) Moskva vilayətinin Mıtişinski şəhərində azərbaycanlıları avtobuslara yığaraq aparıb. xeberde.az xəbər verir ki, bu barədə məlumat və görüntülər Baku.ws-ə daxil olub. Bildirilib ki, hadisə bu gün “Mıtişinskiy bazar” adlı yerdə Moskva vaxtı ilə səhər saat 09:00-da (red: Bakı vaxtı ilə 10:00) baş verib. Sözügedən görüntüləri təqdim edirik:
Məhkəmə Tolik barədə QƏRAR VERDİ
Nərimanov Rayon Məhkəməsində prodüser, aparıcı Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib. xeberde.az xəbər verir ki, bir müddət əvvəl Tolikin sosial şəbəkədə canlı yayımda məhbusları təhqir etməsi ilə bağlı iddialar yayılıb. Prodüser isə açıqlama yayaraq belə bir şey etmədiyini, bunların şayiə olduğunu bildirib. Bu məsələdən sonra məhbuslardan birinin həyat yoldaşı […]
Laçında insan skeletinin qalıqları tapılıb
Laçında insan skeletinin qalıqları tapılıb. xeberde.az xəbər verir ki, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb. Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb. Sümük qalıqları tapıldıqdan sonra sakin ərazidə qazıntı işini saxlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Bakıda skuterin vurduğu qadının dişləri qırıldı
Dünən gecə saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığında 14 yaşlı oğlan skuterlə hərəkətdə olarkən piyada qadını vurub. Hadisə şahidinin sözlərinə görə, qadın üz nahiyəsindən xəsarət alıb, dişləri qırılıb. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) xeberde.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun “İçərişəhər” stansiyasının […]
Təkəri dəyişmək istəyirdi – reanimasiyalıq oldu
Şəmkir rayonunda sürücü ağır xəsarət alıb. Dəllər-Cırdaxan kənd sakini, 2003-cü il təvəllüdlü Etibar Məmmədov idarəetdiyi “KAMAZ” markalı yük avtomobilinin şinini dəyişərkən anidən təkər partlayıb. Nəticədə 24 yaşlı sürücü üz və göz nahiyəsindən ağır xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam edir.
Bakıda falçı evini satan qadının başına oyun açdı – FOTO
Bakıda falçı qadını aldadaraq 190 manatını alıb. xeberde.az-ın məlumatına görə, zərərçəkən qadın evini tezliklə satmaq üçün falçıya müraciət edib. İnstagram sosial şəbəkəsində “Svetlana.baxici” adı ilə onlayn fəaliyyət göstərən falçı qadından 190 manat aldıqdan sonra, 20 gün ərzində evin satılacağını bildirib. Lakin iki ay keçməsinə baxmayaraq, ev satılmayıb. Evin satılmadığını görən qadın falçıya yenidən müraciət etdikdə isə […]
Bu market yararsız məhsullar SATIRMIŞ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. xeberde.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin […]










