Dünya Hadisə İdman

19 yaşlı idmançı hotelin eyvanından yıxılıb öldü

Şotlandiyalı hokkeyçi Qari Kelli faciəvi şəkildə dünyasını dəyişib. xeberde.az xəbər verir ki, 19 yaşlı idmançı qaldığı hotelin eyvanından yıxılıb. O, yerindəcə həyatını itirib. Qeyd edək ki, Kelli Şotlandiya Milli Liqasında “Dandi Rokets”, “Aberdin” və “Dandi Stars” komandalarında çıxış edib. Ötən mövsüm o, 13 oyunda 17 xal (10 qol və 7 məhsuldar ötürmə) toplayıb.(

Dünya Hadisə

“Baqava” kod adlı İŞİD lideri ÖLDÜRÜLDÜ

İŞİD terror qruplaşmasının əsas fiqurlarından biri, “Baqava” və ya “Əsgər” ləqəbləri ilə tanınan Süleyman Ağa məhv edilib. xeberde.az  xarici KİV-ə istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri tərəfindən keçirilən xüsusi əməliyyat zamanı onun hava zərbəsi nəticəsində öldürüldüyü bildirilir. Hadisə ölkənin şimal-qərbində, İŞİD-in qalıq qüvvələrinin gizləndiyi Nineva vilayətində baş verib. İraq Müdafiə Nazirliyindən verilən məlumata görə, […]

Dünya Hadisə

Ben-Qurion hava limanı hipersəs raketi ilə VURULDU

“Ənsarullah” (husilər) hərəkatı Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına hipersəs ballistik raketi ilə hücum etdiklərini bəyan edib. xeberde.az xəbər verir ki, bu barədə Yəmən hərəkatının hərbi sözçüsü Yəhya Sariya “Əl Məsirə” telekanalının efirində bildirib. Hərəkatın rəsmi nümayəndəsinin sözlərinə görə, əməliyyat “öz hədəfinə çatıb”. “Raket qüvvələri Ben-Qurion (Lod) hava limanına qarşı “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə unikal […]

Dünya Hadisə

Rusiyada avtobus qəzası: Çox sayda ölən və yaralanan var

Rusiyanın Yakutiya vilayətində avtobus qəzaya uğrayıb.xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 20 nəfər yaralanıb. Səlahiyyətlilər sistemin idarəetməni itirdiyini və avtobusların qanadlarının 25 metrlik uçurumdan uçduğunu bildirib.  Qəzanın səhər saat 3:20 radələrində baş verdiyi açıqlanıb.

Hadisə

Sumqayıtda 14 yaşlı uşaq faciəli şəkildə ölüb

Sumqayıtda faciəvi hadisə baş verib. xeberde.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Məcidov Azər dənizdə çimərkən qəfil qıcolma (epileptik tutma) keçirib. Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlı suya girdikdən dərhal sonra epileptik tutmaya məruz qalıb və huşunu itirib. Yaxınları dərhal kömək göstərməyə çalışsalar da, vəziyyət ağır olub. Azyaşlı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun […]

Dünya Hadisə

Davudoğlunun partiyasında qalmaqal – 3 deputat istefa verdi

Türkiyə parlamentində təmsil olunan və sabiq baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi Gələcək Partiyasından istefalar davam edir. xeberde.az-ın məlumatına görə, partiyanın İstanbuldan seçilən deputatı Doğan Dəmir də vəzifəsindən istefa verdiyini açıqlayıb. Bununla, son günlərdə partiyanı tərk edən millət vəkillərinin sayı üçə çatıb. Dəmir istefa qərarını sosial media hesabında açıqlayıb.O bildirib ki, partiyanın uğurlu olması və Türkiyənin siyasi […]

Dünya Gündəm Hadisə manset

Kiyevdə Azərbaycan səfirliyinin ətrafı bombalandı – Ərazidən GÖRÜNTÜLƏR

Ukraynanın, paytaxt Kiyev də başda olmaqla bir sıra vilayətləri Rusiya ordusu tərəfindən kütləvi hava hücumlarına məruz qalıb. xeberde.az xəbər verir ki, Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var. Kiyevdə raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirilib. Ölənlər və yaralananlar var. Tələfatların və hücumların konkret miqyası ilə bağlı hələ […]

Dünya Hadisə

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukrayna ordusunun daha bir azərbaycanəsilli hərbçisi həlak olub. xeberde.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı Faiq Musayev Xarkov vilayətinin Kupyansk cəbhəsində həlak olub. Azərbaycanlı hərbçi Kiyev vilayətində dəfn olunacaq. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.  

Hadisə Mədəniyyət

Memar Arif Əzizov vəfat edib

Azərbaycanın görkəmli ziyalısı, tanınmış memar, onlarla tarixi-mədəni abidənin bərpasında əvəzsiz xidmətləri olan Prezident təqaüdçüsü, dövlət qulluqçusu Arif Bəylər oğlu Əzizov vəfat edib. xeberde.az xəbər verir ki, görkəmli memar ötən gün 80 yaşında dünyasını dəyişib. Yaxınları onun vəfatı ilə əlaqədar başsağlığı verib, ruhuna ehtiramlarını ifadə ediblər. Ömrünü Vətənə, xalqına və mədəni irsimizə həsr etmiş Arif Əzizovun […]