Bölgə Hadisə

Xaçmazda pomidor dolu yük maşını aşdı 

Xaçmazda bazara pomidor daşıyan “Qazel” markalı yük avtomobili aşıb. xeberde.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb. Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər […]

Dünya Hadisə İdman

Ailəsi olimpiya çempionunun ölümünü təsdiqlədi

Biatlon üzrə ikiqat olimpiya çempionu, almaniyalı Laura Dalmayer Pakistanda dağlarda daş uçqunu altında qalaraq ölüb. xeberde.az xəbər verir ki, bu barədə DPA agentliyi idmançının ailəsinə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Dalmayer vəsiyyətində öləcəyi təqdirdə cəsədinin elə dağlarda qalmasını istəyib. Qeyd edək ki, 31 yaşlı idmançının xilas edilməsi əməliyyatı iyulun 29-da başlayıb. O, iyulun 28-də […]

Hadisə

Elnur Süleymanov Azərbaycana ekstradisiya edildi

Gürcüstanın Baş Prokurorluğu Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul edib. Bu barədə xeberde.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Suraxanı rayon polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayət […]

Hadisə

Bakıda avtomobilin vurduğu skuter sürən azyaşlı qızın kimliyi məlum olub – YENİLƏNİB

Bu gün Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyevə və Rəşid Behbudov küçələrinin kəsişməsində avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub. xeberde.az xəbər verir ki, bu haqda Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib. O bildirib ki, hadisə 30 iyul Bakı vaxtı ilə Saat […]

Cəmiyyət Gündəm Hadisə Kriminal manset

Dövlətə 10 min ziyan vuran məktəb direktoru barədə QƏRAR VERİLDİ

Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyeva apellyasiya məhkəməsinə üz tutub. xeberde.az-ın məlumatına görə, 2023-cü ilin dekabr ayından məktəbə rəhbərlik edən və 2023-cü ildə haqqında cinayət işi açılan məktəb direktoru haqqında olan hökmə xitam verilməsini istəyib. Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən məktəb direktoru 2 il müddətinə ev həbsinə məhkum edilib, ona, həmçinin dövlət […]

Cəmiyyət Hadisə

Sürücülərin yuxulaması səbəbindən 21 qəza baş verib

Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. xeberde.az  xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir. “Hadisələrin təhlili göstərir ki, isti hava şəraitində […]

Hadisə

Çimərlikdə iki təkər qaldıran “avtoş” tutuldu

Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib. xeberde.az-ın xəbərinə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan “Vaz 21074” markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayev saxlayıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması […]

Hadisə

65 yaşlı fəhlə faciəvi şəkildə öldü

Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə iyulun 26-sı saat 18 radələrində Rəsulzadə qəsəbəsində tikilən çoxmərtəbəli binada qeydə alınıb. Tikintidə fəhlə işləyən Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Mahmudov Çingiz Mustafa oğlu hündürlükdən yıxılaraq ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə

Psixiatriya xəstəxanasında ölüm

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib. xeberde.az xəbər verir ki, iyulun 25-i saat 12 radələrində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad Arzif oğlu Süleymanov müalicə olunduğu Sumqayıt Psixiatriya Xəstəxanasında vəfat edib. Onun sinir sisteminin böhranından əziyyət çəkdiyi və keçirdiyi əsəbdən öldüyü bildirilir. O da məlum olub ki, R.Süleymanov iyulun 24-də yaşadığı evdə damarlarını kəsərək […]