Tovuz rayonunda dərmandan zəhərlənən qadın ölüb. xeberde.az xəbər verir ki, oktyabrın 23-də dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş Sevda Məmmədova 3 gün sonra vəfat edib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə
Azərbaycanda 1 yaşlı uşaq faciəvi şəkildə öldü
Cəlilabadda 1 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. xeberde.az xəbər verir ki, oktyabrın 26-da saat 10 radələrində 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli Xəlilabad kəndindəki evdə elektrik cərəyanının təsirinə məruz qalaraq həyatını itirib. Faktla bağlı araşdırmalar davam edir.
41 yaşlı müəllimə dərs vaxtı vəfat etdi
Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib. 1984-cü il təvəllüdlü musiqi müəllimi Günel Hüseynova iş başında olarkən qəfil halı pisləşib. O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır./APA
Fransada daha bir muzey qarət olundu
Fransanın Lanqr şəhərində “Deni Didro Maarif Evi”ni qarət edilib. xeberde.az xəbər verir ki, hadisə Luvr Muzeyində baş vermiş oğurluqdan cəmi bir neçə saat sonra baş verib. XVIII-XIX əsrlərdə zərb edilmiş qızıl və gümüş sikkə kolleksiyası naməlum şəxslər tərəfindən oğurlanıb. Oğruların muzeyə oktyabrın 19-dan 20-nə keçən gecə girdiyi deyilir. Qeyd edək ki, Luvrdakı qarət 7 qəqiqə […]
Maşını toy karvanının qarşısını kəsən qaraçının üzərinə sürdü – RƏSMİ AÇIQLAMA – VİDEO
Bərdə rayonunda sürücü idarə etdiyi avtomobili qarşısına keçən şəxsin üzərinə sürüb. Bu barədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, toy karvanında hərəkət edən avtomobilin qarşısına qaraçılar çıxıb və sürücüdən “şirinlik” üçün pul istəyiblər. Sürücü isə onların qarşıdan çəkilməsi üçün sürəti azaltsa da, maşını saxlamayıb və üzərinə sürüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla bağlı oxu.az-a açıqlama […]
AZAL təyyarəsindəki sərnişin: “Pilotlar çox peşəkar davrandılar”
Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən “Airbus A320” təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib. Rəsmi açıqlamada bildirilir ki, “Airbus A320” tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən […]
Ayı hücumlarının artmasına səbəb nədir? – AÇIQLAMA
Son günlər bir neçə bölgədə ayıların insanlara hücüm hallarının artması müşahidə olunur. Ən son Naxçıvanda belə hala rast gəlinib və 2 nəfər yaralanıb. xeberde.az sözügedən hadisənin artmasının səbəbini müəyyənləşdirmək üçün biomüxtəliflik üzrə eskpert Zülfü Fərəcli ilə əlaqə saxlayıb. O, ayıların hücumunun səbəbini insanların təbiətə daha çox çıxması və ayıların qış yuxusuna getməzdən əvvəl qida əldə etmək istəyi ilə izah […]
20 Oktyabr – Zəngilan şəhəri günüdür
Zəngilan rayonu Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, Qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Hələ 28 aprel 1920-ci il tarixində bolşeviklərin köməyi ilə Zəngəzur qəzası işğal edilib. Rusiyanın təkidi ilə Zəngəzur Azərbaycandan alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə […]
17 Oktyabr – Füzuli şəhəri günüdür
Füzuli rayonu Azərbaycanın ən iri yaşayış məskənlərindən biridir. Rayonun əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonu işğaldan əvvəl tarixi-dini abidələrlə, xüsusən də türbələrlə […]
Ramiz Mehdiyev barəsində məhkəmə qərarı: 4 ay ev dustaqlığı
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Xeberde.az










