Gürcüstanda müxalifət lideri Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. xeberde.az xəbər verir ki, siyasətçi Tbilisi meri Kaxa Kaladzenin seçkiöncəsi bannerinə markerlə “Rus arzusu” yazdığına görə məsuliyyətə cəlb olunub. Dəymiş zərərin 570 lari olduğu bildirilir. Məlumata görə, Xoştariya məhkəmə iclasında iştirak etməyib və “heç bir hakimiyyət qolunu tanımadığını” bəyan edib. Onun vəkili çıxarılan […]
Hadisə
Azərbaycanda fişəng partlayıb, yeniyetmə xəsarət alıb
Gəncədə bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki şəhər sakini 2013-cü il təvəllüdlü S.Bayramov əlinin və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə yaşadığı evdə fişəng partlaması nəticəsində xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.(apa)
Azərbaycanlı gənc ABŞ-də itkin düşüb – FOTO
Azərbaycanlı gənc Amerika Birləşmiş Ştatlarında (ABŞ) itkin düşüb. Ömər Yaşar oğlu Bayramzadə üç həftə əvvəl yaşadığı evdən ayrılıb və həmin vaxtdan ondan xəbər almaq mümkün olmayıb: Vurğulanır ki, o, Ohayo ştatının Kolumbus şəhərində yaşayırmış. Artıq məsələ ilə bağlı yerli polisə məlumat verilib və hüquq-mühafizə orqanları axtarışlarını davam etdirir.
Vətən müharibəsi qazisi vəfat edib – FOTO
Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib. Rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib. Mərhumun nəşi bu gün […]
Təbriz bombalandı – 2 uşaq həlak oldu
ABŞ aviasiyasının İrana hücumları çərçivəsində Təbrizə zərbələr endirilib. xeberde.az İranın İRNA agentliyinə istinadən xəbər verir ki, hava hücumu zamanı 2 uşaq – Mahan Əlizadə və Ata Əzmudə həlak olub. Təbrizli azyaşlıların məktəb şagirdləri olduğu bildirilib. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya zamanı 1300-dən çox insan həlak olub.
Polis daha bir tiktokeri saxladı
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. xeberde.az-ın məlumatına görə, tədbirlərlə “TikTok”da “privattee.ss” hesabı ilə canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb. Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib […]
Xaçmazda 8-ci sinif şagirdi anemiyadan öldü
Xaçmazda 8-ci sinif şagirdi vəfat edib. Xudat şəhər Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbin 8Ç sinif şagirdi Fatimə Zəkiyeva dünyasını dəyişib. Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən sonra martın 8-i dünyasını dəyişdiyi bildirilir. O, bu gün dəfn olunub.//Lent.az
İrandan Naxçıvana dron hücumu ilə bağlı ŞOK AÇIQLAMA – CANLI
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib. xeberde.az xəbər verir ki, XİN rəsmisi Azərbaycanın AnewZ kanalına açıqlamasında deyib ki, Tehran qonşu ölkələri hədəf almır və bu hadisə mütləq araşdırılmalıdır. Nazir müavini qeyd edib ki, İran yalnız düşmənlərinin hərbi bazalarının yerləşdiyi əraziləri hədəfə alır. Nazir […]
Klinikada həkimin otağından 5000 manat oğurlayan TUTULDU
Ötən gün paytaxtın Səbail rayonunda klinikaların birindən oğurluq edilib. xeberde.az xəbər verir ki, naməlum şəxs gündüz saatlarında zərərçəkənin çantasından 5000 manat, bank kartları və şəxsi sənədlərini talayıb. Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 58 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs müayinə olunmaq […]
Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar həbs edildilər
“TikTok”da qeyri-etik paylaşımlara görə iki qadın həbs edilib. xeberde.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 28 yaşlı A.Bayramova və 31 yaşlı A.Əskərli müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər […]










