Hadisə

Pəncərə silən 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb

Bakıda 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb. xeberde.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Gülər Yamil qızı Zamanova Biləcəri qəsəbəsindəki 9 mərtəbəli binanın 6-cı mərtəbəsində pəncərəni silən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Hadisə

Abşeronda 17 nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib. DİN-dən xeberde.az-a verilən xəbərə görə, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 13 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 17 nəfər saxlanılıb, “isti izlərlə” 19 cinayətin üstü açılıb.Qanunsuz küçə ticarəti, avaralıq və […]

Cəmiyyət Hadisə

Ölən işçinin qardaşı özündən çıxdı: “Siz necə insanlarsınız?!” – VİDEO

Xəbər verdiyimiz kimi, paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qazıntı işləri aparılan zaman torpaq qatı çöküb və 2 nəfər torpaq qatının altında qalıb. xeberde.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələrinin xilasetmə əməliyyatı nəticəsində bir nəfər xilas edilib, digərinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onlar […]

Bölgə Hadisə

Kürün suyu daşdı, mühafizə bəndi yarıldı

Ağcabədi rayonunda bir neçə gündür müşahidə olunan aramsız yağışlar daşqınlara səbəb olub.  xeberde.az xəbər verir ki, nəticədə Kür çayında suyun səviyyəsi yüksəlib. Çayın rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu ərazidə mühafizə bəndi dağılıb. Məlumata görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.

Hadisə

Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu

Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Bağır Səmədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xeberde.az xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarı tətbiq […]

Bölgə Hadisə

Lənkəranda torpaq sürüşməsi: 6 kəndlə gediş-gəlişi çətinləşdi

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.  xeberde.az xəbər verir ki, sürüşmə 6 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda hərəkəti çətinləşdirib. Yol örtüyündə dərin yarıqlar və çökmələr əmələ gəlib. Ərazidə yerləşən iri ağaclardan biri də kökündən çıxaraq aşıb.  Yerli sakinlərin sözlərinə görə, bu yol bir neçə kənd üçün əsas nəqliyyat xəttidir və alternativ yol mövcud deyil. Hazırda […]

Gündəm Hadisə

General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular

Dövlət Gömrük Komitəsində və tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyində maliyyə və uçot pozuntuları aşkarlanıb. xeberde.az xəbər verir ki, bu barədə Hesablama Palatasının audit hesabatında qeyd olunub. Hesabatda yazılıb ki, 2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından, müvafiq xərclər çıxıldıqdan sonra qalan 24,6 min manat vəsait “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin aidiyyəti xəzinə hesabına deyil, “hesabın möhkəmləndirilməsi” […]

Hadisə manset

“28 May” stansiyasında qatar yoluna düşən sərnişin ölüb

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb. Bu barədə “xeberde.az”a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb […]

Hadisə

Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Bu barədə xeberde.az-a BŞTİ-indən məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb. “Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara […]