Hadisə

Benzinlə ehtiyasız davrandı, vəziyyəti ağırdır

Lənkəranda maşın təmiri sexində çalışan usta ağır xəsarət alıb. xeberde.az xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranarkən baş verən partlayış nəticəsində ciddi xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona bədənin çoxsaylı yanığı, […]

Dünya Hadisə

Yarış faciəyə çevrildi: 1 ölü, 3 yaralı – VİDEO

Argentinanın Kordova şəhərində keçirilən Cənubi Amerika rallisi zamanı ağır qəza baş verib. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı bir avtomobil idarəetmədən çıxaraq tamaşaçıların arasına girib. Nəticədə bir nəfər həyatını itirib. Qəza sonrası yarış müvəqqəti olaraq dayandırılıb. Rəsmi məlumatlara görə, ən azı üç nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Hadisə

Piyada öldü, sürücü hadisə yerindən qaçdı

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1941-ci il təvəllüdlü Vahid Nüsrət oğlu Həsənov yolu keçən zaman avtomobil onu vuraraq öldürüb. Sürücünün hadisə yerindən yayındığı bildirilir. Faktla bağlı araşdırma aparılır (Report).

Hadisə

14 milyonluq sirr açılır – məhkəmədə “Atlant” izi güclənir

“Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub. xeberde.az xəbər verir ki, hakim qarşısına çıxarılan əsas təqsirləndirilən şəxs – Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 vətəndaşa […]

Hadisə

Bakının mərkəzində baş verən yanğın söndürülüb – YENİLƏNİB 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə […]

Hadisə

Xəzərdə balıqçı batdı – Əraziyə helikopter cəlb edildi

Neft Daşlarının yaxınlığında balıqçı batıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb. Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb […]

Hadisə

Mərdəkan qəsri çökdü – FOTO

Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində 12 aprel tarixində Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb. Bu barədə xeberde.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.  Bununla əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən […]

Hadisə

227 kq at ətini Bakıya gətirmək istədilər-BİRGƏ ƏMƏLİYYAT

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb. xeberde.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin  Biləsuvar kənd sakini […]

Bölgə Hadisə

Hacıqabul sakini itkin düşdü

Hacıqabul sakini itkin düşüb. xeberde.az xəbər verir ki, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində […]