Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb. xeberde.az xəbər verir ki, bu məlumat Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib. Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib. “Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”, […]
Hadisə
Bakıda ərindən boşanmaq istəməyən qadın falçıya 16 min manat ödəyib
Bakıda həyat yoldaşından boşanmaq istəməyən qadın dələduzluğun qurbanı olub. xeberde.az-ın Teleqraf-a istinadən məlumatına görə, Zərnigar Məmmədova (ad-soyad şərtdiri) bunun üçün 1968-ci il təvəllüdlü, özünü falçı kimi təqdim edən Aidə Cəfərovaya (ad-soyad şərtidir) 16 297 manat ödəyib. Belə ki, Zərnigar ailə problemlərinin həlli üçün baxıcı qadına müraciət edib. Falçı isə 16 000 manat pul müqabilində müxtəlif […]
Bakıda “yeyib-içmək” məclisi ölümlə bitdi: “İçəri girəndə hər tərəf qan içində idi”
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı Samir Məmmədovun ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib. Şahid M.S. təqsirləndiriləni tanımadığını, hadisədən xeyli vaxt keçdiyi üçün detalları tam xatırlamadığını bildirib. Məhkəmə onun ilkin istintaq zamanı verdiyi ifadəni […]
“Gavalı” fotoya görə 5 min manat ziyana düşdü
Azərbaycanda dizayner Aleksandra Salamaxina və “Gavalı” şirkəti arasında məhkəmə dizaynerin işi udması ilə nəticələnib. Bundan əvvəl məlum olub ki, şirkət məhsullarının qablaşdırılmasında “Pinterest” saytında yerləşdirilmiş, Aleksandraya məxsus olan paylaşımdan icazəsiz istifadə edib. Bakı Apellyasiya Məhkəməsi Aleksandra Salamaxinaya 5 min manat məbləğində təzminat ödənilməsini təmin edib. xeberde.az-a “Gavalı” şirkətindən bildirilib ki, şirkət dizayn nümunəsini hər kəsə əlçatan olan və […]
Mingəçevirdə 11-ci sinif şagirdi məktəb pəncərəsindən yıxıldı
Bu gün Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb. xeberde.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin məlumatına görə, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. “Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı […]
Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranının fəaliyyəti dayandırılıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bilidirlib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Qeyd […]
Hoteldə 25 yaşlı oğlanın meyiti tapıldı
Bakıda hoteldə meyit tapılıb. xeberde.az-ın məlumatına görə, hadisə ötən gün paytaxtın Yasamal rayonunun Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib. Şəhər sakini 2001-ci il təvəllüdlü İ.Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə hərbçilər qəzaya düşdü: 1 ölü, 2 yaralı
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Nəticədə sərnişin; İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində […]
Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. xeberde.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. […]
Məmur bu qəzaya görə vəzifəsini itirdi – Video
Yanvarın 30-u gecə saatlarında Qazax şəhərinin Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin törətdiyi qəzadan görüntülər yayılıb. xeberde.az xəbər verir ki, jurnalist Aygün İlqar sosial şəbəkədə hadisənin millət vəkili Səməd Seyidovun köməkçisi tərəfindən törədildiyini bildirilib. Məlumata görə, həmin şəxsin sərxoş halda idarə etdiyi avtomobil yol kənarındakı hasara çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri – xəstəxana əməkdaşı xəsarət […]










