Dünya Gündəm

İranda hədəf alınan yerlər AÇIQLANDI

İran cavab tədbirlərinə hazırlaşır. xeberde.az İran KİV-lərinə istinadən xəbər verir ki, Tehranda Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Ali rəhbərin iqamətgahı və İranın Atom Enerjisi Təşkilatı zərbələrə məruz qalıb. Məlumatlara görə, hücumlar dalğalar şəklində davam edir. İran rəsmisi Reuters agentliyinə bildirib ki, Tehran cavab tədbirlərinə hazırlaşır və cavab sarsıdıcı olacaq.

Gündəm

Milli Məclisin iclası BAŞLADI

Milli Məclisin növbəti plenar iclası keçirilir. xeberde.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Gündəliyə daxil olan məsələlər aşağıdakılardır: 1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində […]

Cəmiyyət Gündəm

Jalə Əhmədova 2 min manat cərimələndi

“İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib. xeberde.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) üzrə rəsmiləşdirilib. Qərara əsasən, Jalə Əhmədova 2 min manat məbləğində cərimə olunub. Bildirilib ki, İctimai Birlikdə […]

Gündəm

Gənc tədqiqatçının məqaləsi Pakistan mediasında geniş işıqlandırılıb

Gənc tədqiqatçı Fərid Mustafayevin Xocalı soyqırımına həsr olunmuş “Remembering Khojaly is a Moral Obligation” adlı məqaləsi Pakistan mediasında geniş maraqla qarşılanıb.Məqalə Pakistanın 14 aparıcı media platformasında dərc edilərək beynəlxalq informasiya məkanında Azərbaycanın tarixi həqiqətlərinin və haqq səsinin yayılmasına mühüm töhfə verib. Nüfuzlu xəbər portalları və analitik resurslar yazıya geniş yer ayıraraq Xocalı soyqırımının mahiyyətinə və […]

Cəmiyyət Gündəm manset

Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib

Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Xocalı şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad olunub. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Bu faciə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, […]

Gündəm Hadisə

Azərbaycanda qız tələbələr şantaj edilir? – Polisdən açıqlama

Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan qız tələbələrin şantaj edildiyi iddia olunur. xeberde.az xəbər verir ki, bu barədə sosial şəbəkələrədə məlumat yayılıb. Qeyd edilib ki, fotolar qızların TikTok profillərindən götürülərək əxlaqsız formada montajlanıb və sosial şəbəkələrdə paylaşılıb. “Kimin etdiyi məlum deyil. Həmin şəxsə fotoları silməsi üçün pul təklif etdik, lakin “mən pul üçün etməmişəm, özüm […]

Bölgə Gündəm manset

Prezident Lənkərana GETDİ – Açılışda iştirak etdi

Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. xeberde.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran […]

Gündəm İqtisadiyyat manset

Sahil Babayev yeni qərar imzaladı

Maliyyə Nazirliyinin Kollegiyası dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərin quruma təqdim edəcəyi məlumat və hesabat formalarını təsdiqləyib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bu təşkilatlar pul vəsaitlərinin hərəkəti (gəlir və xərc smetası), mənfəət-zərər, maliyyə vəziyyəti, ticarət […]

Cəmiyyət Gündəm manset

Həkimə birbaşa müraciət niyə ödənişli EDİLİR…

“Tibbi sığorta haqqında” Qanunun 15-28.3-cü maddəsinin tətbiq müddətinin 16-4.4-1-ci maddə vasitəsilə 2027-ci il 1 yanvar tarixinədək uzadılması – mahiyyət etibarilə texniki yox, sistemin gələcək davranışını formalaşdıran strateji qərardır. xeberde.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədin müzakirəsi zamanı çıxış edən deputat Müşfiq Məmmədli bildirib. “Söhbət Azərbaycan üzrə […]

Cəmiyyət Gündəm

Nazir müavinləri vəzifəsindən azad olunublar – SƏRƏNCAM

Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar. xeberde.a-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, sözügedən generalların yerinə təyinat olunsa da, nazirliyin rəsmi internet səhifəsinin rəhbərlik bölməsində dəyişiklik edilməmişdi. Cəbrayıl Eldar oğlu Xanlarov Orucəli Hacıyevi əvəz edib. O bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi. Bundan […]