Gündəm Siyasət

WUF13 çərçivəsində 24 min sərnişin daşınıb

Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir. AYNA-dan xeberde.az-a bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. WUF13 çərçivəsində […]

Cəmiyyət Gündəm

AZAL Bakı-Dubay reyslərini bərpa edib

Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşların həyata keçirilməsini bu gündən etibarən bərpa edib. xeberde.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Məlumata görə, Bakı-Dubay-Bakı marşrutu üzrə reyslər həftənin bütün günləri icra olunacaq. Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə yaranmış gərgin vəziyyət və hava məkanında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar sözügedən istiqamət üzrə uçuşlar müvəqqəti dayandırılmışdı.

Dünya Gündəm Siyasət

İlham Əliyev Qazaxıstandadır – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib. xeberde.az  xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan […]

Cəmiyyət Gündəm Hadisə

Altı mindən çox bioloji aktiv qida məhsulu yandırıldı – FOTO

Fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), “Tocura İlaç Sanayi Ve Ticaret A.Ş” müəssisəsinin istehsalı olan 3025 ədəd “Exnabet” əmtəə nişanlı, eləcə də “Ren Farm” MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) “Alsa Lab SRL” müəssisəsinin istehsalı olan 3047 ədəd “Deluar Drops” bioloji […]

Cəmiyyət Gündəm Hadisə

Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi

Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktının tətbiqi ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub. Rzayevanın barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi və onun cəzadan azad […]

Gündəm Hadisə

FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı

Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb. Qanunsuz tikintiyə Quba Rayon İcra Hakimiyyəti tərəfindən müdaxilə edilib. Quba Rayon İcra Hakimiyyəti bu barədə sorğunu təsdiqləyib: “Aşkar edilmiş qanunsuz tikinti ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib. Nəticədə qanunsuz tikintinin qarşısı alnıb”. Əldə etdiyimiz daha bir məlumata görə, sözügedən […]

AKTUAL Cəmiyyət Gündəm

“Facebook”da yayılan dissertasiya elanları etiraz doğurdu: “Cinayət məsuliyyəti tətbiq edilsin”

İlqar Orucov: “Bəzi alimlər də bu işin içindədir” Sosial şəbəkələrdə “1 günə dissertasiya”, “plagiatsız elmi iş”, “praktik hissə daxil” kimi elanların sürətlə yayılması ciddi narahatlıq doğurur. Musavat.com xəbər verir ki, xüsusilə “Facebook” və digər platformalarda açıq şəkildə yayılan bu cür reklamlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Dissertasiya işi yalnız diplom və ya elmi ad əldə etmək üçün hazırlanmış […]

Cəmiyyət Gündəm

“Bakı Metropoliteni”, “BakuBus” və “Bakı Taksi Xidməti” birləşdirilib

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. xeberde.az xəbər verir ki, fərmana əsasən, “Bakı Metropoliteni” “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib. Metropoliten ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər […]

Gündəm Hadisə Təhsil

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? – Polis hərəkətə keçdi

Xətai rayonunda yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir. Məktəbdən verilən məlumata görə, mayın […]

Cəmiyyət Gündəm Hadisə

Bakıda xəstələr müalicə müəssisəsindən qaçıb? – Rəsmi cavab

Sosial şəbəkələrdə Sabunçuda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumatlar paylaşılıb. İddia ilə bağlı xeberde.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, belə bir hadisə olmayıb. “Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”.