“Bugünkü təhsil sistemi uşaqlara, cəmiyyətə heç nə vermir. Sadəcə ağır dərs proqramı ilə yüklənmiş uşaqlar var. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əksəriyyəti 5 ballıq sistem üzrə 1-2 qiymətlərlə (150-250 bal) daxil olur”. Bu sözləri xeberde.az-a açıqlamasında sosial məsələlər üzrə ekspert Elçin Bayramlı ali təhsil alan gənclərin iş tapmaqda çətinlik çəkməsi barədə danışarkən […]
Gündəm
Almaniya Prezidenti İçərişəhərlə tanış olub
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar. xeberde.az xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb. Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş […]
“Bolt”un sürücüləri də boykota qoşulub? – Şirkət açıqladı
“Bolt” şirkətinin aprelin 2-də gündəlik fəaliyyətində və ümumi iş prosesində əhəmiyyətli bir dəyişiklik qeydə alınmayıb. Bu barədə xeberde.az-a şirkətdən bildirilib. Qeyd olunur ki, “Bolt” şirkətinin əsas məqsədi göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək, həm sərnişinlərin, həm də tərəfdaş sürücülərin təhlükəsizliyini və rahatlığını qorumaqdır: “Şirkət əməkdaşlıq etdiyi bütün sürücülərin qaydalara riayət etməsi və təhlükəsizlik […]
Mövqelərimiz atəşə TUTULUB
Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Jurnalistlər də sertifikasiya imtahanı versinlər! – TƏKLİF
Jurnalistlər gündəlik informasiyanı cəmiyyətə ötürən vasitəçilərdir. Onların yazdığı xəbərlər, reportajlar, televiziya və radio çıxışları, sosial mediada paylaşdıqları materiallar cəmiyyətdə rəy formalaşdırır. Cəmiyyətin müəyyən təbəqələrindən olan insanlar bir çox hallarda məhz jurnalistlərin işlətdiyi söz və ifadələri təkrarlayır, onları nitq vərdişlərinə çevirir. Bu da onu göstərir ki, jurnalistlərin dil biliyinin yüksək olması birbaşa ictimai şüura və ümumi danışıq […]
Eldar Mahmudovun oğlu HƏBS edilə bilər – ŞOK GƏLİŞMƏ
Anar Mahmudovun şəriki olmuş biznesmenin açdığı sirlər; hüquqşünas: “Ayaz Kərimov cinayətin açılmasında mühüm kömək göstərərsə…” General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İnformasiya Texnologiyaları(İT) şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib. Ona 2015-ci ildə cinayət işi başlanıb və barəsində İnterpol xətti […]
Vəzifəli şəxlər CƏRİMƏ EDİLƏCƏKLƏR – YENİ QANUN!
Deputatlardan ABŞ-ın Dini Azadlıq Komissiyasının illik hesabatına sərt reaksiya Aprelin 1-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü barədə danışdı. Bildirdi ki, bir gün əvvəl ölkəmizdə azərbaycanlıların soyqırımı günü qeyd edilib. Erməni şovinistlərinin vəhşiliyinin qurbanı olan 10 minlərlə insanın xatirəsi ehtiramla yad edilib. Spiker ardınca dedi […]
Aprel döyüşlərindən 9 il ötür
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür.2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu […]
Sərxan Kərəmoğlu qalmaqallı aparıcını müdafiə etdi: “Dar düşüncə ilə düşünürsüz”
Məlum olduğu kimi “Kanal S”in aparıcısı Nigar Fərhadın “atasız qız” mövzusu ilə bağlı qalmaqallı fikirləri cəmiyyətdə səs-küy yaradıb. Lakin bu məsələdə aparıcının yanında dayananlar da var. xeberde.az bildirir ki, aktyor və rejissor Sərxan Kərəmoğlu aparıcını tənqid edənlərə sərt cavab verib. Sərxan Kərəmoğlu sosial şəbəkədə yazıb: “Nə qədər dar düşüncə ilə düşünüb fikir bildirirsiniz! Peşəkar aparıcı olmaya […]
Bu ölkədə hepatit A-ya yoluxanların sayı artır – Həkimlər həyəcan təbili çalır
Çexiyalı mütəxəssislər ölkədə hepatit A-ya yoluxanların sayında artım qeydə alıblar. xeberde.az xəbər verir ki, bu barədə Dövlət İctimai Səhiyyə İnstitutundan məlumat verilib. Bildirlib ki, 2025-ci ildə respublikada yoluxucu sarılıq və “çirkli əllər xəstəliyi” kimi tanınan bu virus xəstəliyinin 320 halı qeydə alınıb. Bu rəqəm 2024-cü ildə hepatit A diaqnozu qoyulanların ümumi sayının yarıdan çoxunu təşkil edir. […]










