Gündəm İqtisadiyyat manset

Sumqayıtda “Bayraktar” istehsal ediləcək

“Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. xeberde.az-ın məlumatına görə, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb. Məlumata görə, şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirəcək. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda […]

AKTUAL Gündəm

Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor rütbəsi alınmış Mövlam Şıxəliyevin əmlaklarını hərracdan əldə edən, belə hərraclara qatılan hər kəs istintaqa çağırılır. Sorğu-sualın əsas mövzusu iştirakçıların hərraca qatılma səbəbi, hərraca çıxarılan əmlakları əldə etmək üçün kifayət qədər vəsaitin olub-olmaması və s. sualları əhatə edib. İstintaqa çağırılan […]

Gündəm manset

Tofiq Yaqublu aclığı dayandırdı

Həbsdə olan və 40 günə yaxındır aclıq edən Tofiq Yaqublu aclığı dayandırıb. xeberde.az-ın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib. Tofiq Yaqublunun qızı atasının aclığı dayandırması ilə bağlı bunları qeyd edib: “İndicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu, tək onun ölümü […]

Bölgə Gündəm manset Sosial

Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində

Prezident İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. xeberde.az  xəbər verir ki, burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.

Bölgə Gündəm manset

İlham Əliyev Ağdamın Kəngərli kəndində klub-icma mərkəzində

Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. xeberde.az xəbər verir ki, ikimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.

Gündəm manset Siyasət

Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan […]

Gündəm manset Ölkə Siyasət

DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər

Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Bu barədə xeberde.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Gündəm Hadisə

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı – YENİLƏNİB

TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb. TƏBİB-dən xeberde.az-a bildirilib ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə “iki tərəfli varikosel” diaqnozu ilə əməliyyata qəbul edilib. Qeyd olunub ki, əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar […]

AKTUAL Araşdırma Cəmiyyət Gündəm

Niyə kartında pul olana zəng gəlir? Bizi “satan” kimdir?

Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün – bəli, hər gün – vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə, dərinləşir. Açıq görünür ki, bu, artıq […]

Cəmiyyət Gündəm Təhsil

“TikTok”da müəllimlər üçün MÜSABİQƏ

Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan “TikTok”, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir.  xeberde.az xəbər verir ki, müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi […]