Gündəm manset Siyasət

Bəylər Eyyubov vəzifəsindən azad edildi – Yerinə təyinat oldu – FOTO

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb. xeberde.az xəbər verir ki, o, Prezident Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinə Fərid Əsgərov rəis təyin edilib. F.Əsgərov bu təyinatadək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini idi. General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə […]

Dünya Gündəm Hadisə Siyasət

Rusiyada azərbaycanlılara qarşı OMON HÜCUMLARI

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi  (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, xeyli soydaşımız saxlanılıb. Rusiyada azərbaycanlılara, ümumilikdə miqrant və qeyri-müsəlmanlara qarşı bu cür […]

Cəmiyyət Gündəm

İrandan Azərbaycana təxliyə prosesi davam edir

İrandan Azərbaycana təxliyə prosesi davam edir. xeberde.az xəbər verir ki, Azərbaycan tərəfinin açdığı humanitar dəhliz vasitəsilə 18 gündür ki, müxtəlif ölkələrin vətəndaşları təxliyə olunur. Ötən gecədən indiyədək bir neçə nəfərin Azərbaycana keçidi təmin olunub. Qeyd edək ki, dünəndən indiyədək Avstraliya, İran əsilli xarici vətəndaşların, eləcə də Azərbaycan vətəndaşlarının Azərbaycana təxliyəsi həyata keçirilib.

AKTUAL Dünya Gündəm Hadisə manset Siyasət

“Rusiya üçün azərbaycanlıları itirməyin bədəli ağır olacaq” – ŞOK TƏHLİL

“Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri artırır. Dünyasını dəyişən həmvətənlərimizə Allahdan rəhmət diləyirik. Amma bir iqtisadçı kimi əminliklə deyirəm ki, Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz”. xeberde.az bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçının fikrincə, hazırda Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir: “Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin […]

Cəmiyyət Gündəm Ölkə

Sabah hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən xeberde.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. […]

AKTUAL Gündəm

Yekaterinburqda tapdanan 40-cı maddə və yenə də “Moskva göz yaşlarına inanmır”

Dünən gecədən Rusiyadakı soydaşlarımızla bağlı dəhşətli xəbərlər gəlir – bir az əvvəl məlum oldu ki, “OMON”un və Federal Təhlükəsizlik Xidmətinin (FSB) Yekaterinburqda işgəncəyə məruz qoyaraq qətlə yetirdikləri azərbaycanlıların sayı 5-ə çatıb! Bu, artıq bir nəslin kökünün kəsilməsi, soyqırımıdır, milli ayrı-seçkilikdir, nasizmdir. 21-ci əsrdə bir ölkənin rəsmi qurumu 25 il əvvəl törədildiyi iddia edilən cinayət hadisəsi […]

Dünya Gündəm Hadisə manset

Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı –VİDEO

Yekaterinburqda 5 azərbaycanlının qətlə yetirildiyi hadisənin şahidləri REAL TV-yə danışıb. Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılan və sonradan azad edilən azərbaycanlılr Vüqar və Ramil Səfərovlar Real TV-nin Rusiya bürosuna hadisənin tükürpədici təfərrüatları barədə məlumat veriblər. İyunun 27-si gecə saat 5-6 radələrində evlərinə mskalı şəxslərin basqın etdiklərini və onlarla bərabər ailə üzvlərinin hamısının zorakılıq tətbiqilə […]

Dünya Gündəm Hadisə manset

Yekaterinburq hadisəsinin şahidi: Məni yerə uzadaraq təpiklədilər – VİDEO

Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib. xeberde.az xəbər verir ki, o, açıqlamasında bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar. “Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım […]

Cəmiyyət Gündəm

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır. xeberde.az xəbər verir ki, belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxış edib. “Hərəkət zamanı təhlükəsizlik kəməri mütləq bağlanmalıdır, uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır, lyukdan, pəncərədən bədən çıxarmaq qadağandır. Sürücü sərnişinin, xüsusilə uşaqların təhlükəsizliyinə görə […]

Cəmiyyət Gündəm Hadisə manset

Bakıdakı partlayışda xəsarət alan olmayıb

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib. “Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam […]