Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. xeberde.az xəbər verir ki, ikimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.
Gündəm
Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan […]
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər
Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Bu barədə xeberde.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı – YENİLƏNİB
TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb. TƏBİB-dən xeberde.az-a bildirilib ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə “iki tərəfli varikosel” diaqnozu ilə əməliyyata qəbul edilib. Qeyd olunub ki, əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar […]
Niyə kartında pul olana zəng gəlir? Bizi “satan” kimdir?
Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün – bəli, hər gün – vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə, dərinləşir. Açıq görünür ki, bu, artıq […]
“TikTok”da müəllimlər üçün MÜSABİQƏ
Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan “TikTok”, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. xeberde.az xəbər verir ki, müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi […]
Nə gözəl reklam imiş, bilsəydim, əvvəldən edərdim: Gündəm olan xalq artisti – FOTO
Xalq artisti Zabit Nəbizadənin sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub. xeberde.az xəbər verir ki, buna səbəb isə müğənninin bir ayağına qara, digərinə isə tünd qəhvəyi rəngdə ayaqqabı geyinməsi olub. Z.Nəbizadə açıqlamasında yuxusuz olduğunu və tələsikdən yanlışlığa yol verdiyini deyib: “Mayın 1-i doğum günüm idi. Səhər tezdən 2 televiziyada olmuşam. Orada da çıxıb getmişəm ad günümü […]
Bu, sadəcə Azər Badamov məsələsi deyil, Azərbaycan məsələsidir!
Deputat Azər Badamovun deportasiya qərarı heç də sıradan bir hadisə deyil, ölkəmizə qarşı nöbəti pislikdir. Bu pisliyii kim düşünüb, kim həyata keçirib, fərqi yoxdur, Rusiyanın adına yazılır. Bu fakt 2022-ci ilin 22 fevralında Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı […]
“Veysəloğlu” rəhbəri məzun olduğu universitetdə təşkil edilən Karyera Sərgisində iştirak edib
Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca VI Karyera Sərgisi təşkil olunub. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədi daşıyan sərgi, universitetin əməkdaşlıq etdiyi və qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub. Memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən sərgidə […]
Leyla və Arzu Əliyevalar ağacəkmə aksiyasında – FOTOLAR
Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası keçirilib. xeberde.az xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Aksiya çərçivəsində 150-yə yaxın ağac əkilib. Aksiyada Asan Xidmət könüllüləri də iştirak ediblər. Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər […]










