Bölgə Gündəm manset

İlham Əliyev Yevlaxda… FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. xeberde.az-ın xəbərinə görə, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii […]

Bölgə Gündəm manset

Gəncə faciəsinin kiçik şahidi Prezidentlə birlikdə – FOTO

Gəncə Memorial Kompleksində keçirilən tədbirdə Prezidentə 7 yaşlı Nilay Əliyeva yoldaşlıq edib. xeberde.az xəbər verir ki, Nilay 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və nənəsini itirib. Azərbaycan xalqının yaddaşına qanla yazılan bu faciənin kiçik şahidi bu gün ölkə başçısının yanında idi – bu, həm şəhid ailələrinə verilən dəyərin, həm də Azərbaycan dövlətinin […]

Cəmiyyət Gündəm Hadisə

Uşaq evinin qalmaqallı sakini pedofiliyaya görə məhkum olunub

Bakıda 3 saylı Uşaq Evindəki qalmaqalla tanınan 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev həbs edilib. xeberde.az xəbər verir ki, adıçəkilən uşaq evində böyüyən və sonradan 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən M.Hacıyev 13 yaşlı oğlana qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib. İttihama görə, o, 3 saylı Uşaq Evində olarkən 2012-ci il təvəllüdlü oğlana zor tətbiq […]

Dünya Gündəm Hadisə İdman

Daha bir cüdoçumuzun gözləri görürmüş – Avropa çempionatına buraxılmadı

Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş paracüdo üzrə Avropa çempionatına daha bir idmançımız buraxılmayıb. xeberde.az xəbər verir ki, qismən görmə məhdudiyyətli cüdoçuların yarışmalı olduğu J2 kateqoriyasında güləşməyi hədəfləmiş İlkin Nəsibovun gözlərində heç bir problem olmadığı müəyyən edilib. Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov […]

Gündəm Kriminal

Məzahir Pənahovun oğlu Azərbaycandan gedib – “Onu Amerikada tutdura bilərdim”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal səngimir. Bakı Apellyasiya Məhkəməsi tərəflərin boşanmasını təsdiqləyib və qadına çatmalı olan əmlakın ona qaytarılması barədə yeni qərar çıxarıb. Lakin oğul Pənahov heç bir qərarla razılaşmır. O, çəkişməni Ali Məhkəmədə davam etdirməyə hazırlaşır. xeberde.az xəbər verir ki, gəlin H.Pənahova isə yeni iddialarla […]

AKTUAL Gündəm Hadisə

Adnan Əhmədzadə: neft kralı indi Bakıda hansı həbsxanada saxlanılır – nə yeyir, nə içir, necə yaşayır? – EKSKLÜZİV MƏLUMATLAR

İki gün öncəyə qədər ən yüksək həyat tərzi, oliqarx dəbdəbəsi ilə yaşayan Adnan Əhmədzadə indi Bakıda həbsxanadadır. xeberde.az xəbər verir ki, onun barəsində cinayət işini Dövlət Təhlükəsizliyi Xidməti apardığına görə, Əhmədzadənin istintaq müddətində saxlanma yeri də ölkənin ən etibarlı müəssisəsi sayılan DTX təcridxanasıdır. Xatırladaq ki, hazırda məhkəməsi aparılan erməni separatçıları və qondarma rejimin rəhbərləri də həmin […]

Gündəm Hadisə manset

Adnan Əhmədzadənin həbsinin səbəbləri: onun arxasında kimlər dayanır – ARAŞDIRMA

SOCAR-ın İnvestisiya Departamentinin sabiq direktor müavini Adnan Əhmədzadə barəsində başlanmış cinayət işi ölkə ictimaiyyətində böyük rezonans doğurub.  Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbtidai istintaqın ilkin mərhələsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. İlkin məlumata görə, Adnan Əhmədzadəyə iki əsas ittiham irəli sürülüb: xüsusilə külli miqdarda mənimsəmə və iqtisadi təhlükəsizliyə qarşı […]

Gündəm Siyasət

Azərbaycanda Dövlət Suverenliyi günüdür

Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür. xeberde.az xatırladır ki, 2023-cü il sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Bu tədbirlərə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan […]

Gündəm manset Siyasət

İki il əvvəl Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün əməliyyatlara başlayıb

Düz iki il bundan əvvəl bu dəqiqələrdə Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün lokal antiterror əməliyyatına başlayıb. xeberde.az xatırladır ki, Müdafiə Nazirliyi sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu, nəticədə […]

Cəmiyyət Gündəm Hadisə

Xətlənmə yoxdur amma cərimə yazılır – Sürücülər şikayətçidir – VİDEO

Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində “Azparkinq” tərəfindən təşkil edilən parklanma yeri sürücülərin narazılığına səbəb olub. xeberde.az xəbər verir ki, “8-ci kilometr bazarı”nın yanındakı ərazidən video çəkərək sosial şəbəkədə paylaşan şikayətçi orada parklanma yerini göstərən xətlənmənin olmadığını bildirib. Sürücünün sözlərinə görə, bir qədər kənarda parklanmaya dair nişanı tapa bilib. Lakin bu nişan ağacların arasında olduğundan onu tapmaq […]