Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin düşdüyü ərazidə yeni abidə ucaldılacaq. xeberde.az xəbər verir ki, bu barədə təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli “Qafqazinfo”ya bildirib. “Bizə ölkəmizin Qazaxıstandakı səfirliyindən ucaldılacaq abidə ilə bağlı üç nümunə təqdim edilib. Bunlardan biri ucaldılacaq. Abidə kompleksinin açılışı təxminən hadisənin […]
Gündəm
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Müstəqil Azərbaycan dövlətinin rəmzlərindən biri də üçrəngli bayrağımızdır. Bu gün ən yüksək zirvələrdə dalğalanan bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi […]
Prezidentin oğlu ilə gəlini hərbi paradda – Foto
Bakıda Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Prezident İlham Əliyevin ailə üzvləri də iştirak edir. xeberde.az-ın məlumatına görə, ölkə başçısının oğlu Heydər Əliyev və gəlini Alena Əliyeva da iştirakçılar sırasındadır. Sözügedən görüntünü təqdim edirik:
“Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”
“1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı”. xeberde.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı səsləndirib. Xalqımıza qarşı hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini, etnik təmizləmə siyasəti aparıldığını […]
Malayziya Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Malayziyanın Bakıdakı səfirliyi Azərbaycanı Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü münasibətilə təbrik edib. xeberde.az-ın məlumatına görə, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım yer alıb. “Malayziya səfirliyi Azərbaycan xalqı və hökumətinə Zəfər Gününün beşinci ildönümü münasibətilə ən səmimi təbriklərini çatdırır. Qoy bu gün sülhə, birliyə və firavanlığa ilham verməyə davam etsin”, – paylaşımda […]
Azərbaycanda dördgünlük tətil başladı
Bu gündən Azərbaycanda dördgünlük tətil başlayıb. xeberde.az xəbər verir ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət […]
SON DƏQİQƏ! Bu icra hakimiyyətində YOXLAMA aparılır
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir. Musavat.com xəbər verir ki, Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir. “Hesablama Palatası haqqında” […]
Tanınmış estetik-cərrah Rəşad Məmmədovdan kütləvi şikayət
Ötən həftə sosial şəbəkələrdə qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovun əməliyyat etdiyi 3 qadının şikayəti işıqlandırılmışdı. Məsələ ictimailəşdirildikdən sonra bu dəfə eyni həkimin qurbanı olduğunu iddia edən 2 qadın da öz şikayətlərini bildiriblər. xeberde.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rüzgar Rzayevanın sözlərinə görə, iki il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib. […]
Mehdiyevlər İmişli bazarını belə ələ keçirib – iki nəfərin ölümünə səbəb olan əmlak davası
İmişli rayon sakini İntiqam Əvəzov ailələrinə məxsus bazarın qanunsuz şəkildə əllərindən alındığını iddia edib. O bildirib ki, bu proses Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişləri ilə həyata keçirilib. xeberde.az xəbər verir ki, Globalinfo.az-a müraciət edən şəxs deyib ki, atası mərhum Rüstəm Əvəzov 1995-ci ildən İmişli rayon kolxoz bazarının müdiri olub. 1999-cu ildə “Özəlləşdirmənin 1-ci Dövlət […]
“Bankdan kredit götürüb ev almışıq, amma yaşaya bilmirik” – Video
Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri artıq təxminən 10 ildir böyük məbləğlər ödəyib aldıqları mənzillərə köçə bilmədiklərini bildirirlər. xeberde.az xəbər verir ki, sakinlərin sözlərinə görə, binanı inşa edən şəxslər hazırda həbsdədir. “Burada bir mənzil bir neçə nəfərə satılıb. Binada lift yox idi, qaz və su sayğacları üçün sakinlərdən vəsait toplanmışdı, lakin […]










