Dünya Gündəm Hadisə

Moskva bazarında azərbaycanlılar saxlanılıb

Rusiyada polislərin xüsusi təyinatlı dəstəsi (OMON) Moskva vilayətinin Mıtişinski şəhərində azərbaycanlıları avtobuslara yığaraq aparıb.  xeberde.az xəbər verir ki, bu barədə məlumat və görüntülər Baku.ws-ə daxil olub.  Bildirilib ki, hadisə bu gün “Mıtişinskiy bazar” adlı yerdə Moskva vaxtı ilə səhər saat 09:00-da (red: Bakı vaxtı ilə 10:00) baş verib.  Sözügedən görüntüləri təqdim edirik:

AKTUAL Gündəm Secme Xeberler

Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT: Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır?

Sumqayıt Hospitalında lor-cərrah kimi çalışan Elçin Bayramovun Quba rayonunun Xucbala kəndində qonşuluqda yaşayan vətəndaşa qarşı davamlı təzyiqlər göstərdiyi iddia olunur. Bu barədə xeberde.az-a müraciət edən Sevinc Paşayeva bildirib ki, Elçin Bayramov onun ailəsini su və kanalizasiya sistemindən ayırmaqla təhdid edir və mülki hüquqları pozur. Şikayətçi deyir ki, ötən il Əli Behbudov adlı şəxsdən aldığı evə köçdüyü gündən […]

Gündəm Hüquq

“Atlant”ın açıq hərrac yolu ilə satılması tələb olundu

“Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə vəkillər – Ceyhun Yusifov və Asim Hacıyevin qoşulduğu məlum olub. Məhkəmədə elan olunub ki, N.Hacıyevin […]

Cəmiyyət Gündəm

İyulun ən möhtəşəm Ayı bu tarixdə görünəcək

Bu il iyulun 10-da gecə səmasında “Maral Ay” (“Buck Moon”) adlı unikal hadisə müşahidə olunacaq. xeberde.az xəbər verir ki, bu, Ayın ilin ən alçaq mövqedə görünməsi ilə xarakterizə olunur. Mütəxəssislər bildirir ki, Ay günbatan sonra qürub işıqları zamanı üfüqdə nəhəng və narıncı rəngdə görsənəcək. NASA bu hadisəni “Ayın illüziyası” adlandırır. Ay üfüqə yaxın olduqda böyük və […]

Gündəm manset Siyasət

Prezident Birləşmiş Ərəb Əmirliklərindədir – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. xeberde.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

AKTUAL Cəmiyyət Gündəm Secme Xeberler

202 nömrəli uşaq bağçasında nöqsanlar aşkarlandı

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb. Bu barədə xeberde.az-ın cavab olaraq BŞTİ-dən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib. Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd edək ki, 202 saylı bağçadan narazı olan müəllimlərin tele-kanallardan […]

Gündəm manset Siyasət

Prezidentdən İldırım Vəliyevlə bağlı – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev İldırım Vəliyevə ali xüsusi rütbənin verilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Cəmiyyət Gündəm manset

Rəşad Məcid Albinanın ölümü ilə bağlı yayılan xəbərdən yazdı: “Baş verən bu hadisə bir daha göstərir ki…”

“Caz festivalının icraçı direktoru, “Caz dünyası” jurnalının baş redaktoru Leyla xanım Əfəndiyevanın dərin narahatlıq içərisində jurnalistlərə etdiyi müraciətini oxudum və bu barədə bir neçə söz deməyi özümə borc bildim. Məsələ bu günlərdə Leyla Əfəndiyevanın sosial şəbəkədə azərbaycanlı müğənni, “I am Jazzman” yarışmasının finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhədini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə sonradan təsdiqini […]

Gündəm Hadisə

Azərbaycanlı tələbə Almaniyada ölü TAPILDI: həkim köməkçisi işləyirdi

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb. Birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb. Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov APA-ya açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb. O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, […]

Bölgə Gündəm Hadisə manset

Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 […]