AKTUAL Gündəm

Göyə fişəng atırıq, başımıza zəhər tökülür

Bakıda toy şənliklərini və ad günlərini fişəngsiz təsəvvür etmək çətindir. İnsanlar xoş günlərinə xüsusi bir bayram ovqatı bəxş etmək üçün fişənglərdən istifadə edir. Amma çoxlarının diqqət etmədiyi məqam var ki, bu parlaq görüntülərin arxasında həm insan sağlamlığına, həm də təbiətə ciddi zərər gizlənir. Ekoloq Ənvər Əliyev xeberde.az-a açıqlamasında bildirib ki, fişənglərin əsas quruluşu sadə görünsə […]

Gündəm

Daxili qoşunlar bu şərtlərdə odlu silahdan atəş aça biləcəklər 

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahdan bu hallarda tətbiq ediləcək. xeberde.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, […]

Cəmiyyət Gündəm Hərbi

Azərbaycan Ordusunun çinli əsgəri – VİDEO

Azərbaycan Ordusunda xidmət edən Çin əsilli əsgər maraqla qarşılanıb. xeberde.az xəbər verir  ki, əsgər Emin Lin həm silahdaşlarının, həm də komandirlərinin hörmətini qazanıb. O, ingilis, rus və Azərbaycan dillərində də sərbəst danışa bilir. Əsgər yoldaşlarından bəziləri onu Lin, bəziləri isə “çinli” deyə çağırır. “Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. 1 il 6 ay […]

Gündəm Hadisə

Bakıda məşhur klinikada pasientin telefonu oğurlandı – FOTO

Bakının Xətai rayonunda göstərən “Rezonans” klinikasında oğurluq hadisəsi baş verib. xeberde.az xəbər verir ki, klinikanın gözləmə zalında pasientlərdən birinə məxsus mobil telefon oğurlanıb. Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat verilib. Bundan başqa, zərərçəkmiş ərazi üzrə polis idarəsinə müraciət edib. Hadisəni törədən şəxs kameraya düşdüyündən onu müəyyən etmək çətin olmayıb. Məlum olub ki, […]

Cəmiyyət Gündəm İqtisadiyyat manset

Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər

Pakistanın Milli Elm və Texnologiya Universitetinin “Executive MBA” proqramı üzrə təhsil alan 27 tələbə və bir professorundan ibarət nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabrikinə istehsalat turu çərçivəsində səfər ediblər. Tədbirin ilk hissəsində “Veysəloğlu-Distribusiya” şirkətinin kateqoriya meneceri Elnur Allahverdiyev və “Ulduz” şokolad fabrikinin regional ixrac üzrə mütəxəssisi Seymur Əsədli qonaqlara Veysəloğlu Şirkətlər […]

Cəmiyyət Gündəm

Çörək sexində nöqsanlar aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində fəaliyyət göstərən Yuşə Niyaz oğlu Məmmədova məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. xeberde.az xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb. Aşkarlanmış nöqsanların aradan qaldırılması […]

Cəmiyyət Gündəm

Şüvəlan çimərliyi müzakirələrə yol açdı: “Zamanlamada müəyyən problem yaranıb”

Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yeni ictimai çimərlikləri istifadəyə verib. Lakin sosial şəbəkələrdə bu addım müzakirələrə səbəb olub. İstirahət mövsümünün bitməsinə sayılı günlər qalmış çimərliklərin istifadəyə verilməsi nə dərəcədə məqsədəuyğundur? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sosial şəbəkələrdə bu çimərliklərin məhz yay fəslinin son ayında istifadəyə verilməsi […]

Cəmiyyət Gündəm manset

“Hər şey yaxşı olacaq” – Hökumənin DOĞUM GÜNÜDÜR

Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür. xeberde.az xatırladır ki, Hökumə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbi ilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. Həmçinin oxu: Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunub, xatirə muzeyi açılıb  1996-cı ildə isə […]

Cəmiyyət Gündəm

Mərkəzi Parkda böyük süni göl yaradılacaq

Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun “Nizami” stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq. xeberde.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib. Onun sözlərinə görə, metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid […]

Cəmiyyət Gündəm manset

Evə telefon çəkdirmək 30 manata başa gələcək – Rəsmi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib. xeberde.az xəbər verir ki, qərarı nazir Rəşad Nəbiyev imzalayıb. Qərara əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə […]