Gündəm

Sayt rəhbərinin işi məhkəməyə göndərildi

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri Coşqun Abdullayev və tanışı Natiq İmamalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. xeberde.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xaliq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası 4 dekabra təyin edilib. Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər Zərdab rayonunda bir nəfərdən barəsində […]

Gündəm

Elçin Ağamalı atası ilə görüşə bilmir: qarşı tərəf qaçır

Ana Vətən Partiyasının (AVP) yeni sədri seçildiyini iddia edən Elçin Ağamalı bir neçə gün öncə Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfərin üzvlükdən azad olunmağa dair müraciət etdiyini bildirib. “Partiyamızın son qurultayından sonra sıravi üzvlərimiz arasında qeyri-müəyyənlik və narazılıq dalğası meydana gəlib. Bunun nəticəsi olaraq Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfər üzvlükdən azad […]

Cəmiyyət Gündəm Hüquq

Azərbaycanda bu şəxslər cərimələnəcək

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə cərimə tətbiq olunacaq. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə […]

Cəmiyyət Gündəm Hadisə

Faciəli şəkildə 4 nəfərin həyatını itirməsi ilə bağlı hoteldən açıqlama – FOTO

Ofisiantlar metal konstruksiyalı mexanizmi otelin arxa hissəsindəki tikintidən gətiriblər. xeberde.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə baş verən “Lake Hotel”in mühafizəçisi Əliağa Həsənov deyib. “Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada olub. Ofisiantlar həmin qurğunu hotelin həyətinə gətirirdilər. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli […]

Bölgə Gündəm Secme Xeberler Sənaye və energetika

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT

Ucarın mərkəzində, Oğuz küçəsində yerləşən və sovet dönəmindən qalan Pambıq Emalı Zavodu illərdir ərazidə yaşayan insanların həyatını cəhənnəmə çevirib. xeberde.az-a müraciət edən sakinlər deyirlər ki, zavod dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və illərdir həmin evlərdə rahat yaşamaq mümkün deyil. Onların sözlərinə görə, müəssisə səhər saat 9-dan axşam 11-ə qədər fasiləsiz işləyir, köhnə avadanlıqların […]

Gündəm Kriminal Şou-Biznes

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı

Həbsdə olan tanınmış müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb. xeberde.az xəbər verir ki, bununla bağlı Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu.  Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda […]

Gündəm Kriminal manset

İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı

Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb. xeberde.az ın əldə etdiyi məlumata görə, o, bir az əvvəl əvvəl saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, […]

Gündəm İqtisadiyyat manset

Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub

Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfər proqramı çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan və Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər. xeberde.az xəbər verir ki, Logistik Mərkəzdə qonaqların VŞQ rəhbərliyi və şirkətlə yaxından əməkdaşlıq edən yerli fermerlərdən ibarət nümayəndə […]

Bölgə Cəmiyyət Gündəm

Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi- Arpanı alıb, pulunu vermir

Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib. xeberde.az xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayətində, hər iki şəxsin qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini […]

Gündəm Hadisə

Bakıda səfirlik maşını qaydaları pozdu

Bakıda səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair foto yayılıb. xeberde.az xəbər verir ki, fotonu sosial şəbəkədə teleaparıcı İlkin Həsəni paylaşıb. O, fotonu “Yeni “mikrodiplomatiklik” zolaqları” başlığı ilə təqdim edib. Qeyd edək ki, qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu bildirilir. İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobus dayanacağı və velosiped zolağını zəbt edən […]