Gündəm manset Siyasət

 XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür. xeberde.az-ın məlumatına görə, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində […]

Gündəm İqtisadiyyat manset

“Azərbaycan Biznes Keys Yarışması 2025”in qalibləri “Veysəloğlu”nda qonaq oldular

xeberde.az xəbər verir ki, “Veysəloğlu” Şirkətlər Qrupunun (VŞQ) sponsorluğu və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə universitetlər arasında keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in qalibləri ilə şirkətin baş ofisində görüş keçirilib. Görüş dəyirmi masa formatında təşkil olunub və Veysəloğlu Şirkətlər Qrupunun struktur rəhbərləri ilə tələbələr arasında qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Tədbirin əsas […]

Gündəm Ölkə Siyasət

İtaliyalı deputatlar Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 29-da Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər. xeberde.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, Fəxri xiyabanda nümayəndə heyəti xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin […]

Gündəm manset Siyasət

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian dünənki Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. xeberde.az xəbər verir ki, bu barədə M.Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. M.Pezeşkian səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladıb. “Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin açılması üçün […]

Ana Səhfə Gündəm manset Media Mədəniyyət

Prezidentdən milli mətbuatın 150 illiyi ilə bağlı SƏRƏNCAM

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək. Sərəncamda […]

Gündəm İqtisadiyyat Ölkə

Prezident Anar Quliyevə yeni VƏZİFƏ VERDİ

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə yeni vəzifə verilib. xeberde.az xəbər verir ki. müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb. Sərəncama əsasən, Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru təyin edilib. Ona Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilib. Qeyd […]

Gündəm Hadisə

Əvəz Zeynallı cəzadan azad edildi

“Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib. Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan […]

Gündəm Sosial

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən […]

AKTUAL Gündəm manset Siyasət

Azərbaycan–Çin əlaqələrində yeni dövr

3 iyul 2023-cü il tarixində Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində Azərbaycan və Çin arasında “Strateji Tərəfdaşlığın Qurulması Haqqında Birgə Bəyannamə” imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sənədi Azərbaycan-Çin münasibətlərində yeni bir səhifənin açılması kimi qiymətləndirmişdir. Prezident qeyd etmişdir ki, bu bəyannamə qarşılıqlı hörmət, bərabər etimad və dəstək prinsiplərinə əsaslanaraq iki […]