Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib. xeberde.az xəbər verir ki, o, açıqlamasında bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar. “Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım […]
Gündəm
DİN sürücü və valideynlərə xəbərdarlıq etdi
Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır. xeberde.az xəbər verir ki, belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxış edib. “Hərəkət zamanı təhlükəsizlik kəməri mütləq bağlanmalıdır, uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır, lyukdan, pəncərədən bədən çıxarmaq qadağandır. Sürücü sərnişinin, xüsusilə uşaqların təhlükəsizliyinə görə […]
Bakıdakı partlayışda xəsarət alan olmayıb
Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib. “Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam […]
Hərbçilərin mənzillə təmin edilməsi prosesi DAVAM EDƏCƏK
Sabah Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ili tamam olur. 1918-ci il iyunun 26-da əsası qoyulan ordumuz ötən bir əsrdən artıq dövrdə böyük inkişaf yolu keçib və bu gün regionun ən güclü hərbi qurumlarından birinə çevrilib. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycan Ordusunun peşəkarlığını və qüdrətini bütün dünyaya nümayiş etdirib. […]
“8 Noyabr” Cənubi Qafqazın energetika mərkəzi statusunu gücləndirəcək
Bu stansiya (“8 Noyabr” elektrik stansiyası – red.) bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. xeberde.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib. Hazırda Mingəçevirdə elektrik enerjimizin […]
Mingəçevirdə Elektrik Stansiyasının açılışı – İlham Əliyev də iştirak edir
Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir. xeberde.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI – BU DA FAKT!
5 tam ali təhsilli, 8 dildə səlis danışan, 178 sertifikatı olan uzman ginekoloq kimi tanınan Turanə Nəsibova-Paşayevanın diplomlarının və sertifikatlarının saxta olduğu barədə sosial şəbəkələrdə iddialar var. Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən aparılan araşdırmalarda qeyd olunur ki, həkimin diplomları saxtadır, onun tibb təhsilinə dair həqiqi sənədləri yoxdur, o, həm də Azərbaycanda Azərbaycan Dövlət İqtisad […]
Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirildi
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi qulluqçuların, bir sıra media və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirak etdiyi tədbir keçirilib. xeberde.az MN-ə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının […]
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. xeberde.az xəbər verir ki, idarənin bu barədə yaydığı məlumatda nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir. […]
Prezident Yevlaxa getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.