Dünya Sosial

Rusiyadakı azərbaycanlıların nəzərinə! – Miqrantlar üçün yeni SƏRT QAYDA

Aprelin 1-dən etibarən Rusiyada miqrant uşaqlarının məktəbə qəbulu ilə bağlı sərt qaydalar qüvvəyə minib. xeberde.az-ın məlumatına görə, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin təşəbbüsü ilə qəbul edilən bu qanuna əsasən, əcnəbi uşaqlar məktəbə qəbul olunmaq üçün rus dili testindən 90% nəticə toplamalıdırlar. İlk olaraq Rusiya Təhsil Nəzarəti Xidməti (Rособрнадзор) bu tələbin 30% səviyyəsində olmasını təklif etsə […]

Dünya

Məşhur markanın cipsiləri ilə bağlı XƏBƏRDARLIQ – Təcili YIĞIŞDIRILIR

Dünyaca məşhur çipsi brendinə aid məhsulun “həyat üçün təhlükəli” olması səbəbindən təcili geri çağırılması barədə qərar qəbul edilib.  Musavat.com xəbər verir ki, bu barədə “Haberler.com” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Qida Standartları Agentliyi (FSA) istehlakçılara “Qətiyyən istehlak edilməməlidir” xəbərdarlığı edərək, etiketləmə xətası səbəbindən çipsləri təcili geri çağırıb. “3D Trading” şirkəti tərəfindən satılan “Ruffles Sabor a Jamón Crisps” cipslərində […]

Dünya

Bu çiçəyi qoparanlar 11 min manat cərimələnir – FOTO

“Ağlayan gəlin” adlı lalə növünü qoparanlar 11 min manat məbləğində cərimə edilir. xeberde.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə çiçəyin nadir növ olmasıdır. Türkiyənin Elazığ rayonunun Arıcak mahalı, Şərqi və Cənub-Şərqi Anadolu Bölgəsinin yüksək dağlıq bölgələrində yetişən, xalq arasında “Ağlayan gəlin” və ya “Kədər çiçəyi” kimi tanınan tərs çevrilmiş lalələr nəsli kəsilmək təhlükəsi […]

AKTUAL Araşdırma Dünya Gündəm

Bu ölkədə hepatit A-ya yoluxanların sayı artır – Həkimlər həyəcan təbili çalır

Çexiyalı mütəxəssislər ölkədə hepatit A-ya yoluxanların sayında artım qeydə alıblar.  xeberde.az xəbər verir ki, bu barədə Dövlət İctimai Səhiyyə İnstitutundan məlumat verilib. Bildirlib ki, 2025-ci ildə respublikada yoluxucu sarılıq və “çirkli əllər xəstəliyi” kimi tanınan bu virus xəstəliyinin 320 halı qeydə alınıb. Bu rəqəm 2024-cü ildə hepatit A diaqnozu qoyulanların ümumi sayının yarıdan çoxunu təşkil edir. […]

Dünya Hərbi

Orduya yeni qoşulanlara 43 min dollar ödəniləcək

Çexiya ordusuna yeni qoşulanlar bunun üçün təxminən 43 min dollar birdəfəlik ödəniş alacaqlar. xeberde.az bildirir ki, bu barədə “Idnes” nəşri məlumat verib. Qeyd olunur ki, Çexiya Prezidenti Pyotr Pavelin fərmanına əsasən, orduya yeni qoşulanlar üçün birdəfəlik müavinət 1 milyon kron (43 min dollar – red.) təşkil edəcək – əvvəlki müavinət təxminən 10.800 dollar idi. Hökumət […]

AKTUAL Dünya

QORXUNC PROQNOZ: 300 min insan ÖLƏCƏK

Yaponiyada “Meqazəlzələ” 300 minə yaxın insanın həyatına son qoya bilər.  xeberde.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, Nankay qırılma zonasında baş verə biləcək təbii fəlakət 298 min insanın həyatına son qoya və ölkə iqtisadiyyatına 1,81 trilyon dollara qədər ziyan vura bilər. Rəsmilər “meqazəlzələ”nin 8-9 bal gücündə ola biləcəyini və afterşoklardan sonra şərq […]

Dünya Hadisə

Sabiq xarici işlər naziri xəstəxanaya yerləşdirildi

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin xəstəxanaya yerləşdirilib. xeberde.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınçış siyasətçi İzmirdə oteldə qaldığı zaman qəfildən halı pisləşib. O, dərhal xəstəxanaya çatdırılıb və H.Çetinin beynində qan laxtalandığı məlum olub. 88 yaşlı sabiq CHP liderinin səhhətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Hikmət Çetin bir neçə ay Cümhuriyyət Xalq Partiyasına (CHP) rəhbərlik edib, […]

Dünya

KİV: ABŞ Ukraynaya GLSDB uzaqmənzilli bombaların tədarükünü bərpa etməyə hazırdır

Birləşmiş Ştatlar Ukraynaya Qurudan Atılan Kiçik Diametrli Bombalar (GLSDB) kimi tanınan uzaq mənzilli bombaların tədarükünü bərpa etməyə hazırdır. Xeberde.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Qeyd olunur ki, bu bombalar 161 km-ə qədər məsafədəki hədəfləri vura bilir. Agentliyin məlumatına görə, onlar Ukrayna cəbhəsi üçün modernləşdirilib. Xeberde.az

Dünya

Suriyalı diplomat silahlı hücum nəticəsində öldü

Keçmiş suriyalı diplomat Lebad Dəra əyalətində silahlı hücum nəticəsində ölübKeçmiş suriyalı diplomat Nurəddin İbrahim əl-Lebad ölkənin cənubundakı Dera vilayətinin Sanamayn rayonunda naməlum şəxslərin silahlı hücumu nəticəsində həyatını itirib.Xeberde.az-ın Yerli mənbələrdən əldə edilən məlumata görə, devrilmiş Baas rejimini tərk edərək 2013-cü ildə müxalifətə keçən Lebad məmləkəti Sanamaynda öldürülüb.Lebad naməlum şəxslərin silahlı hücumu nəticəsində həyatını itirib.Baas rejimi […]

Dünya

Çin 18 qütb orbitli rabitə peykini uğurla işə salıb

Çin Xalq Respublikası orbitə 18 “Qianfan” (“Qianfan” və ya G60) qütb rabitə peykini uğurla çıxarıb. Xeberde.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, CZ-8 (“Çançjen-8”) raketinin buraxılışı Pekin vaxtı ilə saat 00:38-də (Bakı vaxtı ilə saat 20:38) Vençan kosmodromunun kommersiya sahəsindən (Çinin cənubunda yerləşən Haynan əyaləti) həyata keçirilib. Bu, (“Çançjen” […]