ABŞ Venesuelanın neft sərvətlərinin əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirəcək. xeberde.az xəbər verir ki, bununla bağlı “Bloomberg” məlumat yayıb. Nəşr yazır ki, ABŞ misli görünməmiş bir addım nəticəsində Venesuelanın nəhəng neft sərvətlərinin əhəmiyyətli hissəsində nəzarət səhm paketini əldə etməyi planlaşdırır. Rəsmilərin sözlərinə görə, bu addım ehtiyatlarına görə dünyanın ikinci ən böyük özəl neft şirkətinin yaranmasına və ABŞ-ın […]
Dünya
Rusiya NATO ilə qarşı-qarşıya: 6 mümkün ssenari
Qərb hökumətləri uzun müddətdir Rusiya ilə NATO arasında hərbi toqquşma ehtimalı barədə xəbərdarlıq edir. Bununla belə, kəşfiyyat xidmətləri hesab edir ki, Moskva hazırda NATO ilə birbaşa münaqişədə maraqlı deyil. Lakin Rusiya gərginliyin tədricən artmasına səbəb ola biləcək hibrid əməliyyatlara və təxribatlara əl ata bilər. xeberde.az xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşri Rusiya ilə NATO […]
Kraliça Nazlının milyonlarla dollarlıq boyunbağısı OĞURLANDI
Avstriyanın paytaxtı Vyanada muzeydə nümayiş etdirilən Misir Kraliçası Nazlıya məxsus tarixi almaz boyunbağı oğurlanıb. İki şübhəli ziyarətçi qiyafəsində muzeyə daxil olaraq eksponatın yerləşdirildiyi vitrini çəkiclə sındırıb və qiymətli zinət əşyasını götürərək hadisə yerindən qaçıb. xeberde.az xəbər verir ki, oğurlanan boyunbağının üzərində 600-dən çox almaz olduğu və milyonlarla dollar dəyərində qiymətləndirildiyi bildirilir. Hadisə Vyanadakı Tətbiqi Sənətlər […]
Geyimləri ilə gündəmə gələn Fidan müəllim saxlanıldı
Türkiyədə geyim tərzi ilə diqqət çəkərək məşhurlaşan müəllim Fidan Atalay saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ankara Baş Prokurorluğu Atalayın “fidannatalay” adlı İnstaqram hesabında yayımladığı paylaşımları Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsiz məzmun” cinayəti çərçivəsində qiymətləndirilib və bu ittihama əsasən saxlanılması barədə qərar qəbul edib. Qeyd edək ki, […]
Putinə yaxın kriminal avtoritet həbsdən buraxıldı
Rusiyada sifarişli qətlin təşkilində ittiham olunan nüfuzlu peterburqlu biznesmen İlya Traber Moskvanın “Lefortovo” istintaq təcridxanasından azad edilib. 1990-cı illərin Peterburq biznes mühitinin ən qalmaqallı simalarından sayılan Traberin adı uzun illərdir Vladimir Putinin həmin dövrdəki çevrəsi ilə əlaqələndirilir. xeberde.az xəbər verir ki, Traber barəsində cinayət işini aparan Rusiya İstintaq Komitəsinin müstəntiqi avqustun 27-də onun həbsdən azad edilməsi […]
Bu ölkədə yaşa görə pensiya 4 dəfə artırılır
Macarıstan hökuməti yaşa görə verilən minimum pensiyanın dörd dəfədən çox artırılması ilə bağlı qərar qəbul edib. Bunu Baş nazir Peter Magyar “YouTube” kanalında yayımlanan videomüraciətində açıqlayıb. “Öhdəliklərimizə uyğun olaraq, yaşa görə minimum pensiyasını 1 yanvar 2027-ci il tarixindən etibarən 120.000 forint (təxminən 653 AZN) səviyyəsinə qaldırırıq. Yüz minlərlə yaşlı həmvətənimiz üçün bu, ödənişlərin əhəmiyyətli dərəcədə […]
Gürcüstanda 15 yaşlı azərbaycanlının meyiti 30 metr dərinlikdə aşkarlandı
6 günlük axtarışdan sonra Tbilisi dənizində itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb. Məlumata görə, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb. Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev avqustun 23-də Tbilisi […]
Sel 1000 nəfəri apardı – Axtarışlar dayandırıldı, infeksiya təhlükəsi elan edildi – VİDEO
Nepal hakimiyyəti baş verən dağıdıcı sel və gil axını (sel) nəticəsində itkin düşənlərin axtarış işlərini müvəqqəti olaraq dayandırıb. xeberde.az “Baza”ya istinadən xəbər verir ki, son məlumatlara görə, təxminən 1000 nəfərin taleyi barədə heç bir məlumat yoxdur və onların arasında 11 rusiyalı turist də var. Məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı artıq 475 nəfərə […]
Afrika uğrunda SAVAŞ: Çin, Türkiyə, Hindistan və Körfəz ölkələri ÜZ-ÜZƏ
“Afrika son illərdə yalnız təbii sərvətləri ilə deyil, həm də strateji mövqeyi, nəqliyyat dəhlizləri, limanları və sürətlə inkişaf edən infrastrukturu ilə dünya güclərinin diqqət mərkəzinə çevrilib. Qitənin zəngin yeraltı resursları və böyük iqtisadi potensialı uğrunda rəqabət getdikcə daha da kəskinləşir”. Bu barədə xeberde.az-a açıqlamasında “Atlas” Araşdırnalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, […]
Ukraynaya məşhur raketlərin istehsal sirri veriləcək
Böyük Britaniya Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalına icazə verəcək. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham Kiyevə səfəri zamanı Ukraynaya SCALP/Storm Shadow raketlərinin istehsalı üçün zəruri məxfi məlumatların veriləcəyini açıqlayıb. Börnhamın sözlərinə görə, bu məlumatlar Ukraynaya raketlərin istehsalını ölkə daxilində həyata keçirməyə imkan verəcək. Qeyd edək ki, Fransa Prezidenti […]










