Ukraynanın dron hücumu səbəbindən Moskva hava limanlarında 400-dən çox uçuş təxirə salınıb. xeberde.az xəbər verir ki, ötən gecədən intensivləşən dron hücumları Rusiya paytaxtının hava limanlarının fəaliyyətini iflic edib. Bildirilib ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Moskvaya edilən ən böyük dron hücumu fonunda paytaxtın hava qovşağındakı hava limanlarında bəzi uçuşların vaxtı dəyişdirilib və uçuşlar ləğv edilib. […]
Dünya
Səudiyyə Çinin bu ödəniş platformasından çıxdı
Səudiyyə Ərəbistanı mərkəzi banklar arasında birbaşa transsərhəd ödənişləri həyata keçirmək və dollardan asılılığı azaltmaq məqsədilə Çinin rəhbərliyi ilə yaradılan “mBridge” beynəlxalq ödəniş platforması layihəsindən çıxıb. xeberde.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb. “Ər-Riyad layihəyə 2024-cü ildə qoşulub, lakin daha sonra iştirakının əvvəldən müvəqqəti xarakter daşıdığını açıqlayıb”, – məlumatda qeyd olunub.
İmran Xanın bacısı saxlanıldı
Pakistanda həbsdə olan keçmiş Baş nazir İmran Xanın bacısı Alima Xan saxlanılıb. xeberde.az-ın məlumatına görə, Alima Xan sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan ümumxalq etirazları ərəfəsində Lahorda polis tərəfindən tutulub. Pakistan Ədalət Hərəkatının (PTI) nümayəndəsinin bildirdiyinə görə, hadisə Alima Xanın yaşadığı evin yaxınlığında baş verib. O, idman zalına getmək üçün evdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb […]
İtaliya niqabı qadağan edir
İtaliya hökuməti siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıracaq, məktəblərdə burqa və niqab geyinməyi qadağan edəcək qanun layihəsi hazırlayır. xeberde.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni özünün “İtaliya Qardaşları” partiyası tərəfindən təşkil olunmuş gənclər tədbirində bildirib. “Yaxın vaxtlarda Nazirlər Şurasının iclasına bir sinifdə icazə verilən maksimum xarici şagird sayını qanunvericiliklə müəyyən […]
Türkiyədən İranla bağlı ŞOK QƏRAR – Məşhur bankın lisenziyası LƏĞV EDİLDİ
Türkiyə İranın “Bank Mellat” bankının İstanbul filialının fəaliyyət lisenziyasını ləğv edib. xeberde.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, müvafiq qərar bu gün Türkiyənin rəsmi mətbuatında dərc olunub. Türkiyə rəsmiləri lisenziyanın ləğv edilməsinin səbəbləri barədə açıqlama verməyiblər. Bu addım ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinən Türkiyənin “Golden Global” bankına qarşı sanksiyalar tətbiq […]
Şalvar geyinən arvadını öldürdü
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondakı fotolarında onun şalvar geyindiyini gördükdən sonra qətli törədib. Məlumata görə, cinayətkar təxminən dörd […]
Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötdü
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. Bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlükə müşahidə olunmayıb. “Hazırda araşdırma prosesi davam edir və biz yekun nəticələri gözləməliyik. Çünki mövcud vəziyyəti aydınlaşdırmaq üçün ən yaxşı […]
DƏHŞƏT: Ata oğlunu baltaladı, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda ailə daxilində baş verən mübahisə faciə ilə nəticələnib. Hadisə Mehmeli qəsəbəsində qeydə alınıb. Belə ki, 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisənin şiddətlənməsindən sonra Fevzi Topbaş əlindəki balta ilə oğluna hücum edib. Hadisə zamanı Aydın Topbaş ağır xəsarətlər alaraq həyatını itirib. […]
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib
İran istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə tam hazırdır. xeberde.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərəmi bildirib. “Biz düşmənin istənilən səhvinə qətiyyətlə cavab verməyə 100 faiz hazırıq”, – deyə o qeyd edib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin liderləri ilə […]
Lavrov futbola qayıdır – O zədədən sonra…
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sama Menshova” onlayn layihəsinə verdiyi müsahibədə fasilədən sonra futbola qayıtmaq ümidini ifadə edib. Musavat.com bildirir ki, baş diplomat son vaxtlara qədər aktiv şəkildə futbol oynadığını qeyd edib. “İndi obyektiv səbəblərdən qısa bir fasilə var, amma ümid edirəm ki, qayıdacağam”, – deyə o, payızda bir neçə futbol oyununda iştirak etməyi […]










