ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu ələ salıb. xeberde.az xəbər verir ki, Davosda çıxış edən Tramp gözləri qızardığı üçün mavi gün eynəyindən istifadə edən Makronla bağlı bunları deyib: “Emmanuel Makron — dünən onu o dəbdəbəli günəş eynəyində izlədim. Nə baş verdi axı? Onun sərt olmağa çalışdığını izlədim. Əslində, mən onu sevirəm. İnanmaq çətindir, elə […]
Dünya
Keçmiş baş nazirə 23 il həbs cəzası verilib
Məhkəmə Cənubi Koreyanın keçmiş baş nazirini çevrilişə kömək göstərmək və təhrik etmək, eləcə də yalan ifadə verməkdə təqsirli bilərək 23 il həbs cəzasına məhkum edib. xeberde.az cəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Seul mərkəzi rayon məhkəməsi keçmiş prezident Yun Sok-yolun 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan etmək üçün […]
Müəllim də, şagird də telefonsuz: məktəblərdə sərt qərar
Gürcüstanda 2026–2027-ci tədris ilindən etibarən dövlət məktəblərində dərs zamanı mobil telefonlardan istifadə həm şagirdlər, həm də müəllimlər üçün qadağan ediləcək. xeberde.az xəbər verir ki, rəsmi açıqlamaya görə, müəllimlər şagirdlərə şəxsi nümunə göstərməli, dərs vaxtı telefonlarını onlarla birlikdə xüsusi saxlama qutularında qoymalıdırlar. Bu yanaşma ilə məktəblərdə diqqətin yayındırılmasının qarşısının alınması və dərs prosesinin effektivliyinin artırılması hədəflənir. […]
Danimarka ABŞ ilə müharibəyə hazırlaşır
Danimarka Qrenlandiya adasını ABŞ-dən müdafiə etmək üçün hərbi qüvvələrini artırır. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Donald Trampın təhdidləri fonunda Danimarka adada yerləşən Nuuk və Kangerlussuaq hərbi bazalarına 118 əlavə hərbçi yerləşdirib. Bundan başqa, ordunun Baş Qərargah rəisi də Qrenlandiyaya gəlib. Qarşıdakı günlərdə də adaya əlavə Danimarka hərbçilərinin gönədriləcəyi anons edilib. Xatırladaq ki, Tramp […]
Tramp Paşinyanı da “Sülh Şurası”na dəvət etdi
ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı da Qəzzada yaradılacaq “Sülh Şurası”na dəvət edib. xeberde.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Onun sözlərinə görə, Paşinyan rəsmi şəkildə Qəzza “Sülh Şurası”nda təsisçi üzv kimi iştirak etməyə dəvət olunub. Baqdasaryan qeyd edib ki, Baş nazir Paşinyan bu təklifi hazırlıqla […]
Türkiyədə qar uçqunu – Ölən var
Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib. xeberde.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə alınıb. Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında qalıb. Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. M. Yiğitin cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
ABŞ Azərbaycana başsağlığı verdi
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib. xeberde.az xəbər verir ki, səfirliyin “X” hesabındakı paylaşımda deyilir: “Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk”.
İranda ŞOK: Etirazçı qadınların cəsədləri təhvil verilmir
Son günlər sosial mediada yayılan və Tehranın Kəhrizək məhkəmə-tibbi ekspertiza ərazisində çəkilən videolar İranda etirazçıların öldürülməsi ilə bağlı yeni və ciddi sualları gündəmə gətirib. xeberde.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. Görüntülərdə konteynerlərdə yığılmış yüzlərlə cəsədin olduğu açıqlanıb. Ancaq bu görüntülərdə diqqət çəkən əsas məqam qadın cəsədlərinin demək olar ki, görünməməsidir. […]
“20 il susdunuz” – Tramp NATO və Danimarkaya ultimatum verdi
ABŞ prezidenti Donald Tramp Qrenlandiya və Arktika təhlükəsizliyi ilə bağlı kəskin açıqlama verib.xeberde.az xəbər verir ki, Trampın sözlərinə görə, NATO artıq 20 ildir Danimarka hökumətinə Rusiyanın mümkün təhlükəsini Qrenlandiya ərazisindən uzaq saxlamağın zəruriliyini bildirir, lakin Kopenhagen bu müddətdə real nəticə ortaya qoymayıb. Trampın iddiasına əsasən, Danimarkanın passiv mövqeyi Arktikada təhlükəsizlik balansını zəiflədib və bu, daha ciddi addımların […]
“Bacıoğlu” Pəhləvi, ya “qardaşoğlu” Pezeşkian?..
İnsanlar monarxları–böyük şahları, onların övladlarını bəlkə də Dünyanın ən xoşbəxtləri bilirlər. Amma belə deyil, ən azı heç də həmişə belə olmur.Bunun üçün çox uzaq tarixə ekskurs etməyə, hətta Böyük Fransa İnqilabını yada salmağa ehtiyac yoxdur, yetər ki, ötəın əsrin əvvəlində Romanovlar sülaləsinin yaşadığı faciəni xatırlayasan. Ona görə “faciə” deyirəm ki, bəlkə də çarın özünü, hətta […]










