Dünya Siyasət

Tramp Azərbaycan Prezidentini Vaşinqtona DƏVƏT ETDİ

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk tammiqyaslı sammitinin 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılır. xeberde.az xəbər verir ki, “Axios” nəşrinin məlumatına görə, tədbirə Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan liderləri dəvət olunub və rəsmi Bakının sammitdə yüksək səviyyədə təmsil olunacağı gözlənilir. Amerikalı rəsmilər görüşü formal olaraq Qəzza sektorunun bərpası üçün humanitar vəsait toplama platforması […]

Dünya

Filippində “Basyanq” fırtınası – 12 nəfər öldü

Filippində “Basyanq” tropik fırtınasının törətdiyi fəsadlar nəticəsində azı 12 nəfər həyatını itirib. xeberde.az-ın məlumatına görə, bu barədə GMA telekanalı ölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər yayıb. Bildirilir ki, Mindanao adasında yerləşən Kaqayan-de-Oro şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, digər ölənlər isə daşqınlar zamanı boğulub. Güclü yağışlarla müşayiət olunan fırtına Filippinin cənub bölgələrində […]

Dünya Hadisə

13-cü mərtəbədən yıxılan qadın sağ qalıb – Rusiyada

Novosibirskdəki mütəxəssislər hündürlükdən yıxılan qadını xilas ediblər. xeberde.az xəbər verir ki, bu barədə “Miass Xilasediciləri” bildirib. Hadisə İqarskaya küçəsində baş verib. Telegram kanalının məlumatına görə, zərərçəkən 13-cü mərtəbənin pəncərəsindən yıxılaraq binanın girişinin tavanına düşüb. Hündürlüyə baxmayaraq, qadın sağ qalıb. Nəşr bildirib ki, “xilasedicilər tibbi təxliyə həyata keçirib və onu təcili yardım briqadasına təhvil veriblər”. Onun yıxılma […]

AKTUAL Araşdırma Dünya Gündəm

Dünyanı bir-birinə qatan Epşteyn kimdir? – DOSYE

ABŞ-də son günlər gündəm olduqca qarışıb. Buna səbəb 2019-cü ildə federal həbsxanada intihar edən və azyaşlı qızların istismarında ittiham edilən Cefri Epşteyn ilə bağlı yayılan istintaq məlumatlarıdır. Cefri Epşteynlə bağlı başladılan istintaqla əlaqədar yayılan fotolar, sənədlərdə adı keçən siyasilər məsələnin daha qlobal xarakter daşıdığını göstərir. Bu səbəbdəndir ki, son günlər dünya mediasının diqqət mərkəzində məhz Epşteyn dosyesi dayanır. […]

Dünya

Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Bu tarixdə hava kəskin dəyişəcək

Qonşu ölkdə Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır? xeberde.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov […]

Dünya

Litvada rus uşaqlara şok – rusdilli məktəblərdə təhsil almaları yasaqlanır

Vilnüs şəhərinin rəhbərliyi inteqrasiyanı təşviq etmək üçün Rusiya və Belarusdan olan uşaqların yalnız Litva məktəblərinə qəbul edilməsinə qərar verib. xeberde.az xaici mediaya istinadla xəbər verir ki, Vilnüs Şəhər Şurası Avropa Birliyindən kənar ölkələrdən olan uşaqlara şamil ediləcək qətnaməni təsdiqləyib. Əəvvəllər Litvada təhsil almayanlar yalnız litov dilində tədris aparan təhsil müəssisələrinə qəbul ola biləcəklər. Parlamentin 31 […]

Dünya Hadisə

Futbol matçında silahlı hücum – 11 nəfər öldü

Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində keçirilən həvəskar futbol matçı faciəyə çevrilib. Hakimiyyət orqanlarının məlumatına görə, naməlum silahlı şəxslər tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində 11 nəfər ölüb, 12-si yaralanıb. Bildirilib ki, iki pikapla gələn silahlı şəxslər oyunçulara və tamaşaçılara atəş açıblar. Nəticədə on nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Yaralılar xəstəxanalara aparılıb. Salamanka meri […]

Dünya

Avropada iki ölkə birləşir?

Nə Rumıniya, nə də Moldova bu mərhələdə vahid dövlət kimi birləşməyə hazırdır. xeberde.az xəbər verir ki, bunu “Rumıniya Prezidenti Nikuşor Dan bildirib. “Moldova Respublikasında əhalinin əksəriyyəti bunu istədiyi zaman mümkün olacaq. Hazırda biz hələ o mərhələdə deyilik”, – Rumıniya Prezidenti cavab verib.

Dünya

Simonyanın Moskva səfərinin tarixi bilindi

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb. xeberde.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Bildirilib ki, təşəbbüskar Rusiya tərəfi olub. Alen Simonyanın 5-6 fevral tarixlərində Rusiya Federasiyasına rəsmi səfərinin təfərrüatları müzakirə olunub. Digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Araşdırma Dünya

Bu ölkədə XVII əsrdən bəri ən az uşaq doğulub

2025-ci ildə Ukraynada doğum sayı xvıı-ci əsrin sonlarından (1690-cı illər) bəri ən aşağı səviyyəyə çatıb. xeberde.az xəbər verir ki, ölkədə ötən il 168 778 uşaq doğlub, 485 296 nəfər isə ölüb. Ölkə 1 il ərzində 316 518 nəfər azalıb.  Müharibə şəraitində Ukraynanın xroniki demoqrafik böhranı daha da pisləşməkdə davam edir.