Rusiya Ukraynadan ilhaq edilmiş ərazilərdə keçirilən referendumun nəticələrini tanımasını tələb edir. xeberde.az xarici mediaya istinadla xəbər verir ki, Vladimir Putin Sky Arabia telekanalına müsahibəsində vurğulayıb ki, Rusiya Ukraynadan ilhaq edilmiş bütün ərazilərdə keçirilən səsvermələrin nəticələrini tanımasını tələb edir. Rusiya lideri xəbərdarlıq edib ki, bu nəticələri nəzərə almaqdan imtina “hərbi əməliyyatların yeni mərhələsinin mümkünlüyü demək olardı”. […]
Dünya
Zelenski Nəriman Cəlalovu Ukraynanın Türkiyədəki səfiri təyin etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatar xalqının Məclisi təşkilatının sədr müavini Nəriman Cəlalovu Ukraynanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib. xeberde.az xəbər verir ki, bu barədə məlumat Zelenskinin rəsmi telegram kanalında yayımlanan sərəncamda yer alıb.
Saxlanılan dilənçinin cibindən çıxan pullar hər kəsi ŞOKA SALDI – 50 min…
Türkiyənin Çorumun vilayətində ağlasığmaz hadisə baş verib. xeberde.az xəbər verir ki, Çorumun Sungurlu mahalında dilənçilik edən şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan 37 yaşlı C.G.-nin üzərindən 50 min 145 lirə nağd pul aşkarlanıb. Ətraf bölgələrdə də diləndiyi müəyyən edilən C.G., Sunguroğlu məhəlləsində dilənərkən cinayət başında yaxalanıb. Müsadirə edilən pullar polis tərəfindən sənədləşdirilərək bələdiyyəyə təhvil verilib. C.G.-yə “Pozulmalar […]
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə hərbi xidmət müqaviləsi 2030-cu ilə qədər uzadılıb. Bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Şoyqu 2012-ci ildən 2024-cü ilə qədər Rusiyanın müdafiə naziri vəzifəsini tutub. 2024-cü ilin mayın 12-dən RF Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır.
28 şəhər bu tarixə qədər yox ola bilər – Yerin altına batır
Yeni elmi araşdırma ABŞ-ın ən sıx məskunlaşdığı 28 şəhərinin torpaq səviyyəsinin ildə 2 ilə 10 millimetr arasında dəyişən sürətlə batdığını ortaya qoyub. Alimlərin peyk radar ölçmələrinə əsaslanan tədqiqatı Nyu-York, Çikaqo, Dallas, Denver və Hyuston da daxil olmaqla böyük şəhərlərdə ciddi çöküntü proseslərinin getdiyini sübut edib. xeberde.az xəbər verir ki, Virciniya Politexnik İnstitutu və Virciniya Dövlət […]
Hindistan ELAN ETDİ – Hazırıq!
Hindistan Pakistan tərəfindən oxşar addımlar atılacağı təqdirdə gərginliyin azaldılmasına hazırdır. xeberde.az Hindistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Vyomika Sinqh brifinqdə bildirib. O qeyd edib ki, Hindistan Pakistan tərəfinin qarşılıqlı cavab verəcəyi təqdirdə gərginliyi artırılmamasına sadiqdir. Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. […]
Kreml paraddan siyasi məqsədlər üçün istifadə etdi – ŞƏRH
Bu gün Moskvada 1941-1945-ci illər müharibəsindəki qələbənin 80 illiyi münasibətilə hərbi parad keçirlib. Mərasimdə 20-dən çox xarici ölkə lideri iştirak edib. Onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Çin prezidenti Si Cinpin, Serbiya prezidenti Aleksandr Vuçiç, Slovakiyanın baş naziri Robert Fiko, Vyetnam Kommunist Partiyasının baş katibi To Lam, Braziliya prezidenti Luiz […]
Baş nazir aldığı hədiyyəyə görə HƏBS OLUNA BİLƏR
Polşa baş naziri Donald Tusk barəsində hədiyyəni qanunlara uyğun şəkildə qeydiyyata almadığı üçün cinayət işi başlana bilər. xeberde.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa baş nazirinə nadir tarixi əşya – 1745-ci ildə Polşa kansleri Andjey Zaluski tərəfindən Osmanlı imperiyasının böyük vəzirinə yazılmış məktubu […]
Ukrayna Rusiyada yeganə olan strateji əhəmiyyətli zavodu vurdu
Ötən gecə Rusiya ərazisi yenidən Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb. Paytaxt Moskva da daxil olmaqla, çoxsaylı ərazilərdə dron zərbələrinə qarşı Hava hücumundan müdafiə elan edilib. xeberde.az yerli mətbuata istinadən xəbər verir ki, hücuma məruz qalan ərazilərdən biri də Mordoviyada yerləşən Saransk şəhəridir. Mordoviya rəhbəri Artem Zdunovun verdiyi məlumata görə, Saranskda dron təhlükəsi elan […]
Tanınmış yazar evində yanaraq ÖLDÜ – FOTO
İstanbulda 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında tanınmış tənqidçi yazar Süha Oğuzertem həyatını itirib. xeberde.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda, Zühtüpaşa məhəlləsində yerləşən 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Naməlum səbəbdən başlayan yanğın nəticəsində mənzildə tək yaşayan 65 yaşlı tənqidçi yazar Süha Oğuzertem tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan […]










