Naməlum silahlı şəxslər İranın Zahedan şəhərində ədliyyə binasına hücum ediblər. xeberde.az xəbər verir ki, şənbə günü səhər saatlarında Sistan və Bəlucistan əyalətlərində naməlum silahlı şəxslərin ədliyyə binasına hücum etdiyini bildirib.İlkin məlumatlara görə, terror aktı nəticəsində bir neçə nəfər xəsarət alıb. Dərhal hadisə yerinə xilasedicilər göndərilib. Hücum edən 3 nəfər tərksilah edilərək öldürülüb.
Dünya
Paşinyan Rusiyanın baş nazirini aldada bildi
Ermənistanın KTMT sammitlərini boykot etdiyi halda, Altaydakı ekoloji konfransa getmək istəyi nədən yaranıb? – gerçəklər üzə çıxdı Ermənistanın baş nazirinin hazırkı geosiyasi reallıqlarda Rusiyada mühüm olmayan ekoloji tədbirə getməsi siyasi analitiklər tərəfindən təəccüblə qarşılanıb. Çünki bu yaxınlarda Paşinyan Moskvanı daxili işlərə qarışmaqda ittiham etdi. İddia olundu ki, Rusiya 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində […]
Yadplanetli kosmik gəmi Yerə hücum edəcək: Harvard alimlərindən şok: “Bu obyekt noyabrda…”
Kosmosda müşahidə edilən sirli və rəngarəng işıq zolağı ilə müşayiət olunan obyektlə bağlı ciddi xəbərdarlıq gəlib. xeberde.az xəbər verir ki, Harvard Universitetinin tanınmış astrofizikləri “New York Post”a bildiriblər: bu obyekt “noyabr ayında Yerə hücum etməli olan düşmən xarici kosmik gəmi” ola bilər! Alimlər obyektin qeyri-adi trayektoriyası və spektral görünüşünün yerli təbiətə uyğun gəlmədiyini, onun texnogen […]
Rusiyada araq və konyak kəskin bahalaşdı – hər yerə təsir göstərəcək
Rusiyada sərt spirtli içkilərin qiymətləri ciddi şəkildə artıb. xeberde.az xəbər verir ki, Rusiya mətbuatının və statistika qurumlarının məlumatına əsasən, araq, konyak və rom kimi məhsulların qiyməti 12%-dən çox, viskinin qiyməti isə təxminən 5% bahalaşıb. Bu artım ölkədə həm bazarda, həm də ictimai rəy səviyyəsində ciddi narahatlıq doğurub. Bahalaşmanın başlıca səbəbləri sırasında aksiz vergilərinin artırılması, minimum […]
“Baza”nın baş redaktoru həbs olundu
“Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qətimkan tədbiri seçilib. xeberde.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, o, sentyabrın 20-dək İstintaq təcridxanasına göndərilib. Qeyd edək ki, Q.Trifinov və onun həmkarı rüşvət almaqda ittiham olunduqları üçün ötən gecə Moskvada saxlanılıblar.
“Kiyevi 3 günə alacağına” ümid edirdi…
Rusiya müxalifətçisi, hüquqşünas Mark Feygin bildirib ki, Ukraynaya qarşı müharibə yalnız Vladimir Putinin müharibəsidir və onun gedişi də birbaşa Putinlə bağlıdır. xeberde.az xəbər verir ki, bu barədə o, ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində danışıb. “Putin olmasa, bu müharibə dərhal dayanacaq. Bu savaşın nə ideoloji dayağı var, nə də real məqsədi”, – deyə Feygin bildirib. Onun […]
19 yaşlı idmançı hotelin eyvanından yıxılıb öldü
Şotlandiyalı hokkeyçi Qari Kelli faciəvi şəkildə dünyasını dəyişib. xeberde.az xəbər verir ki, 19 yaşlı idmançı qaldığı hotelin eyvanından yıxılıb. O, yerindəcə həyatını itirib. Qeyd edək ki, Kelli Şotlandiya Milli Liqasında “Dandi Rokets”, “Aberdin” və “Dandi Stars” komandalarında çıxış edib. Ötən mövsüm o, 13 oyunda 17 xal (10 qol və 7 məhsuldar ötürmə) toplayıb.(
“Baqava” kod adlı İŞİD lideri ÖLDÜRÜLDÜ
İŞİD terror qruplaşmasının əsas fiqurlarından biri, “Baqava” və ya “Əsgər” ləqəbləri ilə tanınan Süleyman Ağa məhv edilib. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri tərəfindən keçirilən xüsusi əməliyyat zamanı onun hava zərbəsi nəticəsində öldürüldüyü bildirilir. Hadisə ölkənin şimal-qərbində, İŞİD-in qalıq qüvvələrinin gizləndiyi Nineva vilayətində baş verib. İraq Müdafiə Nazirliyindən verilən məlumata görə, […]
Ben-Qurion hava limanı hipersəs raketi ilə VURULDU
“Ənsarullah” (husilər) hərəkatı Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına hipersəs ballistik raketi ilə hücum etdiklərini bəyan edib. xeberde.az xəbər verir ki, bu barədə Yəmən hərəkatının hərbi sözçüsü Yəhya Sariya “Əl Məsirə” telekanalının efirində bildirib. Hərəkatın rəsmi nümayəndəsinin sözlərinə görə, əməliyyat “öz hədəfinə çatıb”. “Raket qüvvələri Ben-Qurion (Lod) hava limanına qarşı “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə unikal […]
AZAL-ın təyyarəsinin vurulması beynəlxalq məhkəmədə
Azərbaycan bu hadisəyə görə Rusiyaya qarşı bir neçə beynəlxalq hüquqi mexanizmdən istifadə edə bilər “Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardırlar. Onlar da gözəl bilirlər ki, […]










