Cəmiyyət

II Qarabağ müharibəsində əldə olunmuş Zəfər.

Sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin edərək, tarixi ədaləti bərpa edə bildi. Silahlı Qüvvələrimiz işğal edilmiş əraziləri düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qəti və dönməz […]

Cəmiyyət

30 ildən çox davam edən işğal.

   Azərbaycan Respublikası 30 ildən artıq bir müddətdə beynəlxalq hüququn fundamental prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin açıq şəkildə pozulması ilə üz-üzə qalmışdır. Ermənistan Respublikası tərəfindən həyata keçirilən işğalçılıq siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri hərbi güc vasitəsilə zəbt edilmiş, həmin torpaqlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Bu müddət ərzində Ermənistan təkcə hərbi […]

Cəmiyyət

Məsuliyyətli Ordu, mülkü şəxslərin qorunması.

Azərbaycan dövləti Qarabağın dağlıq hissəsində yaşayan ermənilərlə bağlı məsələlərin sülh yolu ilə nizamlanması üçün 1994-cü ildən 2020-ci ilədək çox böyük səylər göstərdi. Ancaq bizim bütün xoşməramlı addımlarımız cavabsız, onlara doğru uzatdığımız barış əlimiz havada qaldı. Bu, az imiş kimi, düşmənin təxribatları səngimədi, əksinə daha da azğınlaşdı.Qarşı tərəfdən atılan təxribatçı addımlara cavab olaraq Azərbaycan Ordusu 2020-ci […]

Cəmiyyət

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdıBu gün üçrəngli bayrağımız Qarabağın və […]

Cəmiyyət

804 magistr ödənişsiz təhsil alacaq – RƏSMİmagistr

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qaldığına görə müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Bu barədə xeberde.az-a DİM-dən məlumat verilib. “Əlavə müsabiqənin nəticələrinə əsasən […]

Cəmiyyət Gündəm Hadisə

Xətlənmə yoxdur amma cərimə yazılır – Sürücülər şikayətçidir – VİDEO

Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində “Azparkinq” tərəfindən təşkil edilən parklanma yeri sürücülərin narazılığına səbəb olub. xeberde.az xəbər verir ki, “8-ci kilometr bazarı”nın yanındakı ərazidən video çəkərək sosial şəbəkədə paylaşan şikayətçi orada parklanma yerini göstərən xətlənmənin olmadığını bildirib. Sürücünün sözlərinə görə, bir qədər kənarda parklanmaya dair nişanı tapa bilib. Lakin bu nişan ağacların arasında olduğundan onu tapmaq […]

Cəmiyyət Secme Xeberler

Çoxlarının ciddiyə almadığı bu əlamət əslində xəbərdarlıqdır – Açıqlama

İnsanların yarıdan çoxu həyatında ən azı bir dəfə göz quruluğu simptomları ilə qarşılaşıb, lakin hər beş nəfərdən yalnız biri həkimə müraciət edir. xeberde.az xəbər verir ki, bu barədə məlumat Avropada keçirilən ESCRS Konqresində açıqlanıb. Mütəxəssislər bildirirlər ki, çoxları bu problemi yaşlanmanın təbii hissəsi kimi qəbul edir və illərlə müalicəni təxirə salır. Nəticədə xəstələrin üçdə birində şikayətlər […]

AKTUAL Cəmiyyət manset

Azərbaycanda yas mərasimləri üçün də dəvətnamələr hazırlanır – VİDEO

Artıq yas mərasimləri üçün də xüsusi dəvətnamələr hazırlanır. Əvvəllər insanlar əsasən xoş günlərini paylaşmaq münasibətilə qonaqlara dəvətnamə göndərirdilərsə, indi kədərli anlarında da yanlarında olmaqlarını istədikləri adamlara dəvətnamə göndərirlər. xeberde.az xəbər verir ki, şəhər sakinləri bu halla bir neçə dəfə qarşılaşdıqlarını və xoş qarşılamadıqlarını bildiriblər. Sosioloq Rəşad Əsgərov deyir ki, cəmiyyətdə bu tendensiya birmənalı olaraq qarşılanmasa […]

Cəmiyyət

Şimşək çaxacaq, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə, 17-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü […]

Cəmiyyət Gündəm

Ali Məhkəmənin hakimi təqaüdə yola salındı

Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb. Bu barədə xeberde.az-a Ali Məhkəmədən məlumat verilib. Bu gün Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. Bildirilib ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik […]