Cəmiyyət

Dinc əhaliyə qarşı törədilmiş cinayətlər.

   1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqı tarixinin ən faciəli və qanlı səhifələrindən biri ilə üzləşmişdir. Həmin dövrdə dinc azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmiş, etnik və dini mənsubiyyətinə görə amansız zorakılıqlara məruz qalmışdır. Xüsusilə Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər bölgələrdə baş verən hadisələr geniş miqyas almış, minlərlə günahsız insan həyatını itirmişdir. […]

Cəmiyyət

Ermənilər törətdikləri qırğınları etiraf edirlər.

Azərbaycan xalqına qarşı 1918-ci ildə törədilmiş soyqırımı hadisələrinin mahiyyətini və miqyasını sübut edən ən mühüm mənbələrdən biri təkcə Azərbaycan və xarici arxiv sənədləri deyil, eyni zamanda erməni müəlliflərinin özlərinin yazdıqları əsərlər, xatirələr və etiraflardır. Bu mənbələr göstərir ki, baş vermiş qırğınlar təsadüfi hadisələr deyil, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmiş sistemli bir siyasətin nəticəsi […]

Cəmiyyət

“WhatsApp”da rəngli profillərin MƏNALARI

“WhatsApp”da söhbətlərdə görünən profil rənglərinin fərqli mənalar daşıdığı iddia edilib. Sosial mediada paylaşılan məlumatlara görə, hər rəng ayrı bir məna ifadə edir. xeberde.az xəbər verir ki,  xüsusilə “profil rənglərinin insanlarla olan münasibətə görə dəyişdiyi” barədə paylaşımlar bir çoxları üçün maraq mövzusuna çevrilib. İddiaya görə, fərqli rənglər bir şəxsin sizi kontaktlarına qeyd edib-etmədiyini və ya sizinlə nə […]

Cəmiyyət

3 ayda evlənənlər niyə daha xoşbəxtdir?

Qısa müddətdə evlənən cütlüklərin daha xoşbəxt ola bildiyi bildirilir.  xeberde.az xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara görə, 3–4 ay kimi qısa müddətdə evlənən cütlüklər, 2–3 il münasibətdə olduqdan sonra evlənənlərlə müqayisədə daha yüksək xoşbəxtlik səviyyəsinə sahib olduqlarını bildirirlər. Psixoloqlar qeyd edir ki, uzun müddətli münasibətlər gözləntiləri artırır və evlilikdən sonra reallıq bu gözləntiləri qarşılamaqda çətinlik yarada bilir. […]

Cəmiyyət

Lələtəpə fatehi Şükür Həmidovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun doğum günüdür.  xeberde.az xəbər verir ki, Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlının Armudluq kəndində dünyaya göz açıb. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azadlığı uğrunda göstərdiyi şücaət onun adını qəhrəmanlıq salnaməsinə yazıb. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə o, “Azərbaycanın Milli Qəhrəmanı” adına […]

Bölgə Cəmiyyət

Jurnalistə Qarabağda vəzifə verildi

Təranə Quliyeva Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Elnur Niftəliyev məlumat yayıb.Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. O, əmək fəaliyyətinə “Lider” TV-də redaktor və aparıcı kimi […]

Cəmiyyət

75 yaşlı Məzahir Pənahov vəzifəsindən gedir?

Mərkəzi Seçki Komissiyası (MSK) bu ay buraxılacaq.  xeberde.az-ın məlumatına görə, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.  Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Bundan əvvəlki parlament seçkiləri növbədənkənar keçirilsə də, MSK-nın yeni tərkibi əvvəlki üzvlərinin səlahiyyət müddətinin 5-ci ilinin tamam olmasından sonra formalaşıb.  Beləliklə, MSK-nın yeni tərkibinin 2026-cı ilin aprel […]

AKTUAL Cəmiyyət

Vətəndaşlara dəyən maddi zərəri kim qarşılamalıdır?

Son günlər yağan intensiv yağışlar bir çox ərazilərdə ciddi fəsadlara səbəb olub. Yağış suları bəzi evlərə dolaraq əşyaları yararsız hala salıb, eyni zamanda insanlar üçün həyati təhlükə yaradıb. Evlər və avtomobillərlə yanaşı, sahibkarlar və obyekt sahibləri də ciddi ziyanla üzləşiblər. Bəs belə hallarda vətəndaşlara dəyən maddi zərəri kim qarşılamalıdır? Hüquqşünas Ramil Süleymanov xeberde.az-a açıqlamasında bildirib ki, […]

Cəmiyyət

Küçələr nə zaman kanalizasiya sularından qurtulacaq? – RƏSMİ

Xəbər verdiyimiz kimi, ötən həftə yağan intensiv yağışlar Bakı və Abşeron yarmadasında, eləcə də repsublikanın digər ərazilərində bir sıra çətinliklər yaradıb. xeberde.az xəbər verir ki, normadan artıq yağışlar yağması subasmalara və kanalizasiya sistemlərinin işində ciddi problemlərə yol açıb. Artıq 3 gündür yağıntının dayanmasına baxmayaraq yağışın fəsadları hələ də tam şəkildə aradan qaldırılmayıb. Yaranmış vəziyyət həmçinin Bakıda […]

Cəmiyyət

Xarici saytlardan aldığınız vitaminlərin hamısı… – Valideynlərə XƏBƏRDARLIQ

“Vitamin mövzusu yenə də aktualdır. Yersiz yerə, sadəcə “mən də alım” deyə uşaqlara sintetik vitaminlər alıb verməyin!” xeberde.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Onun sözlərinə görə, bu, sadəcə bazarın müştərisi olmaqdır: “Xarici səhifələrdən vitaminlər sifariş edirsiniz və uşağa yaxşı bir şey vermiş hesab edirsiniz. Ancaq o vitaminlər hamısı rəngləndirici və dadlandırıcı qatqı […]