Azərbaycan və Türkmənistan arasında mövcud olan münasibətlər tarixi, mədəni və etnik bağlılıqlara əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu kontekstdə Türkmənistan Prezidentinin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir. Sözügedən səfər, təkcə iqtisadi və əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda mədəni, humanitar, elmi və intellektual istiqamətlərin də müzakirə olunduğu çoxtərəfli bir dialoq platforması kimi qiymətləndirilir. Nəticə etibarilə, […]
Cəmiyyət
Tarixi Azərbaycan-Türkmənistan münasibətləri
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri bir daha göstərdi ki, eyni kökə aid olan azərbaycanlılar və türkmənlər həm də eyni mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. […]
Yüksək səviyyəli əlaqələr
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə iyulun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəmizə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransındakı çıxışında xatırladıb ki, iki ölkə arasındakı dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar. Prezident xalqlarımızın ortaq tarix, mədəniyyət, dil və dinin birləşdirdiyini […]
Bakı zooparkı ləğv olunur?
Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək paytaxtda yeni yaradılan “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilir. xeberde.az xəbər verir ki, bu barədə müddəalar Baş nazir Əli Əsədovun imzaladığı yeni sərəncamda əksini tapıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, Bakı Şəhər Heyvanat Parkının Sahibsiz […]
Qumara görə cəzalar sərtləşdirilir: müsadirə, 5000 manat cərimə və 15 günlük həbs
Azərbaycanda qumar oyun qaydalarının pozulmasına görə cəzəlar sərtləşdirilir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İzibati Xətalar Məcəlləsinə (İXM) təklif olunan dəyişiklikdə əksini tapıb. Bu məcəllənin 525.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə […]
Vəzifəli şəxslərlə bağlı yeni cərimələr gəlir
Azərbaycanda daşınmaz əmlak qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər. xeberde.az xəbər verir ki, bununla bağlı dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin iyunun 23-də keçirilən birgə iclasında müzakirəyə çıxarılıb. İnzibatı Xətalar Məcəlləsinin 558.1-1-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan […]
Azərbaycanda bu şəxslər 7000 manat CƏRİMƏLƏNƏCƏK
Azərbaycanda kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilməsi təklif olunan maddədə əksini tapıb. Layihəyə əsasən, kraudfanding platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların […]
Özü kaska taxdı, azyaşlını təhlükəyə atdı
Bakıda motosiklet sürücüsü azyaşlı qızın həyatını təhlükəyə atıb. Hadisə aeroport yolunda qeydə alınıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan məlum olur ki, sürücünün özünün kaskası var, amma motosikletin arxa hissəsində oturan uşaqla bağlı heç bir təhlükəsizlik tədbiri görülməyib, onun kəməri və başında kaskası yoxdur. Bundan başqa, kimliyi məlum olmayan sürücü nəqliyyat vasitəsini yüksək […]
Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı azalıb
Bu ilin ilk 5 ayı ərzində 350 nəfər əvvəllər boşandığı şəxslə yenidən nikaha daxil olub. xeberde.az xəbər verir ki, ötən ilin müvafiq dövründə isə bu göstərici 467 nəfər təşkil edib. Qeyd edilib ki, nikahların pozulması daha çox xasiyyətlərin tutmaması, uşağın olmaması, ailədaxili zorakılıq, xəyanət, maddi durum və sair səbəblərlə bağlı olub.
Vilayət Eyvazov: Daxili Qoşunlar istənilən xidməti-döyüş tapşırığını yerinə yetirməyə qadirdir
Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını uğurla və layiqincə yerinə yetirməyə qadir. xeberde.az xəbər verir ki, bunu Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda 2025-2026-cı tədris ilinin buraxılış mərasimində çıxışı zamanı deyib. Nazir DİN-in əsas struktur qurumlarından olan Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin, müasir silah və texnika […]










