Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri artıq təxminən 10 ildir böyük məbləğlər ödəyib aldıqları mənzillərə köçə bilmədiklərini bildirirlər. xeberde.az xəbər verir ki, sakinlərin sözlərinə görə, binanı inşa edən şəxslər hazırda həbsdədir. “Burada bir mənzil bir neçə nəfərə satılıb. Binada lift yox idi, qaz və su sayğacları üçün sakinlərdən vəsait toplanmışdı, lakin […]
Cəmiyyət
Elmlə iqtisadiyyatın uzlaşması yüksək səviyyədə olmalıdır
Prezident İlham Əliyev noyabrın 3-də AMEA-nın yubiley iclasında bildirib ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, […]
Köklü dəyişikliklər zəminində
Son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bu barədə geniş bəhs etmişdir. O, demişdir ki, dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. […]
Bizim şanlı Vətən müharibəmiz
Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Prezident İlham Əliyev AMEA-nın 80 illiyi münasibətilə keçirilmiş yığıncaqda bu barədə ətraflı danışmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, bundan […]
Texnoloji inkişafa diqqət
Prezident İlham Əliyev AMEA-nın 80 illiyi münasibətilə keçirilmiş yığıncaqda bəyan etmişdir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək […]
Ana dilimizi qoruyub saxlamaq müqəddəs borcumuzdur
Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu fikri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan […]
Ulu Öndər Heydər Əliyevin elmin inkişafına qayğısı
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti vurğulayıb ki, Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər […]
Bu şəxslər üçün məcburi sosial sığorta haqqı ARTIRILIR
Azərbaycanda bir sıra şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı artırılır. xeberde.az-ın əldə etdiyi xəbərə görə, bu barədə məlumat “Sosial sığorta haqqında” haqqında qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növlərində, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində çalışanlar minimum aylıq […]
16 mindən çox adama qrip əleyhinə peyvənd vurulub – RƏSMİ
Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks epidemik tədbirlər həyata keçirilir. 8 oktyabrdan 2 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 562 nəfər qrip əleyhinə peyvənd olunub. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 0-17 yaş aralığı 2 352 […]
Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI
Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək. xeberde.az-ın məlumatına görə, bunun üçün “əsgər kartları” hazırlanıb. Qeyd olunur ki, artıq “əsgər kartları”nın hərbi qulluqçulara paylanmasına başlanılıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli saytımıza açıqlamasında bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir: “Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. […]










