Cəmiyyət

Masazırda 4 gündür ki, içməli su yoxdur: Sakinlərdən NARAZILIQ

Abşeron rayonunun Masazır qəsəbəsində içməli suyun verilməsində problem yaranıb. xeberde.az-ın məlumatına görə, artıq dörd gündür qəsəbənin bəzi ərazilərinə su verilmir. Nəticədə sakinlər susuz qalıblar. Bildirilir ki, əraziyə suyun verilməsi əsasən su maşınları vasitəsilə həyata keçirilir. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nasos stansiyasında yaranan problem aradan qaldırılmaqdadır. […]

Cəmiyyət

Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? – Yol polisindən açıqlama – FOTO – VİDEO

“Vətəndaşın müraciəti araşdırılarkən məlum olub ki, o, digər zolağa keçmədən avtobus zolağında hərəkətini davam etdirdiyi üçün barəsində elektron qaydada protokol tərtib edilib. Əlavə olaraq qeyd edim ki, həmin yolayrıcında nəqliyyat vasitələri ikinci zolaqdan da sağa manevr edə bilərlər”. Baku TV-nin “Qaynar xətt”inə müraciət edən vətəndaş Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki yol nişanlanmasında […]

Cəmiyyət Gündəm

Hava şəraiti ilə əlaqədar futbol oyunları təxirə salındı

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb. xeberde.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır.

Bölgə Cəmiyyət Gündəm

Çaylarda sululuq kəskin artıb

Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb. Bu barədə xeberde.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə istinadən xəbər verir. Aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba–Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan […]

Cəmiyyət

Polis 763 çağırışa gedib – FOTOLAR

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-in mətbuat xidmətindən xeberde.az-a verilən məlumata görə, bir sutka ərzində “102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək […]

Cəmiyyət

“Sədərək”i su basdı

Bakıya fasiləsiz yağan güclü yağış bir sıra iri ticarət obyektlərində də fəsadlar törədir. xeberde.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzində da analoji hal yaşanıb. Belə ki, obyektdə yerləşən su xətləri güclü yağışa tab gətirməyərək sıradan çıxıb. Nəticədə yağış suyu ətrafa, mağazala yayılaraq məhsullara zərər vurub.

Cəmiyyət

Polis naryadları küçə və prospektlərdə xidmətə cəlb olundu

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bu barədə xeberde.az-a DİN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar: “Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post […]

Cəmiyyət Gündəm

Ekstremal yağıntılar: London və Paris belə tab gətirmir – ARAŞDIRMA

Son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrimizdə intensiv xarakterli yağışlar müşahidə edilir. Müşahidə olunan güclü yağıntılar bir daha göstərir ki, iri şəhərlərdə hava şəraiti bəzən gündəlik həyatın ritmini dəyişə bilir. Bu isə yalnız bir şəhərə xas hal deyil kimi qiymətləndirilmir. Qısa müddətdə normanı aşan yağış dünyanın bir çox inkişaf etmiş paytaxtlarında […]

Cəmiyyət

Su basmış ərazilərdən insanlar təxliyə edilir – VİDEO

Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.