Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır. xeberde.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, iyulun 18-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-i saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil […]
Cəmiyyət
Bu dövlət qəzetləri birləşdirildi
“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər […]
Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər
Avstraliyada 36 yaşlı kişi təyyarədə ABŞ vətəndaşı olan qadına qarşı nalayiq hərəkət etdiyinə görə yeddi ilədək azadlıqdan məhrum edilə bilər. xeberde.az xəbər verir ki, bu barədə ölkənin Federal Polisi məlumat yayıb. Hadisə mayın 29-da baş verib, lakin şübhəli şəxs yalnız iyulun 9-da Sidney məhkəməsi qarşısına çıxarılıb. İstintaq materiallarına əsasən, uçuş zamanı kişi yatmış qadının yanına […]
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi
Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Trend-ə yerli sakinlər məlumat verib. Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda da tətbiq olunub.
Çörəyin yapışqan olması nədən xəbər verir? – İstehlakçı narazılıq etdi, mütəxəssis açıqladı
Paytaxt sakini mağazadan aldığı çörəyin keyfiyyətindən narazı qalıb. Alıcı bildirib ki, çörəyi paketdən çıxararkən məhsul əlinə yapışıb və yeyilməsi üçün yararsız vəziyyətdə olub. İstehlakçının şikayəti belə halların səbəbinin çörəyin tərkibindən, hazırlanma texnologiyasından və ya satış məntəqələrindəki saxlanma şəraitindən qaynaqlana biləcəyini gündəmə gətirir. Məsələ ilə bağlı xeberde.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu problem […]
“Pəhriz üçün 130 dollar ödədim, sən demə “ChatGPT” yazıbmış” – Günel Musəvi
“Fərdi pəhriz və məşq planı üçün ödəniş etdim. Daha sonra öyrəndim ki, menyunu özü yox, “ChatGPT” yazıbmış”. xeberde.az xəbər verir ki, bunu keçmiş aparıcı və hazırda Amerikada yaşayan Günel Musəvi (Günel Krişnan) şəxsi “Instagram” hesabında yazıb. Aparıcı bildirib ki, universitet yoldaşı tərəfindən aldadılıb: “Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən […]
İyulun ən möhtəşəm Ayı bu tarixdə görünəcək
Bu il iyulun 10-da gecə səmasında “Maral Ay” (“Buck Moon”) adlı unikal hadisə müşahidə olunacaq. xeberde.az xəbər verir ki, bu, Ayın ilin ən alçaq mövqedə görünməsi ilə xarakterizə olunur. Mütəxəssislər bildirir ki, Ay günbatan sonra qürub işıqları zamanı üfüqdə nəhəng və narıncı rəngdə görsənəcək. NASA bu hadisəni “Ayın illüziyası” adlandırır. Ay üfüqə yaxın olduqda böyük və […]
Bakıda falçı evini satan qadının başına oyun açdı – FOTO
Bakıda falçı qadını aldadaraq 190 manatını alıb. xeberde.az-ın məlumatına görə, zərərçəkən qadın evini tezliklə satmaq üçün falçıya müraciət edib. İnstagram sosial şəbəkəsində “Svetlana.baxici” adı ilə onlayn fəaliyyət göstərən falçı qadından 190 manat aldıqdan sonra, 20 gün ərzində evin satılacağını bildirib. Lakin iki ay keçməsinə baxmayaraq, ev satılmayıb. Evin satılmadığını görən qadın falçıya yenidən müraciət etdikdə isə […]
Sabah dəhşətli isti olacaq – XƏBƏRDARLIQ
Azərbaycanda iyulun 10-u bəzi yerlərdə 38 dərəcə isti gözlənilir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° […]
Aşıq Əhliman insult keçirdi, vəziyyəti ağırdır
Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimov insult keçirib. xeberde.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya açıqlamasında Aşıq Ağamurad İsrafilov deyib. O, aşığın səhhətinin ağır olduğunu bildirib: “Dili tutulub, danışa bilmir. Bu yaxınlarda onun 70 illiyi ilə bağlı veriliş hazırlanırdı. Onun haqqında həyat yoldaşı danışdı. Müalicələr aparılır, ümid Allahadır”. Xatırladaq ki, Aşıq Əhliman bir neçə il əvvəl […]










